Dilinizi seçin

Gəncə Dövlət Universitetində elektron kitabxana istifadəyə verilmişdir

Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektron və rəqəmsallaşdırılmış kitabxana istifadəyə verilmişdir.

Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektron və rəqəmsallaşdırılmış kitabxana istifadəyə verilmişdir. Tələbələr və professor-müəllim heyəti artıq Gəncə Dövlət Universitetinin rəsmi internet saytına (gdu.edu.az) daxil olaraq “Elektron kitabxana” keçidi (gdu.empro.az) vasitəsilə müasir tələblərə uyğun zəngin kitab fonduna çıxış əldə edə bilərlər. Universitet kitabxanasının mövcud məlumat bazasında olan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə əlavə ediləcəkdir.

Əsas məqsəd Gəncə Dövlət Universitetində kitabxana xidmətlərinin müasir informasiya texnologiyalarına uyğun təkmilləşdirilməsini və daha səmərəli xidmətlərin göstərilməsini təmin etməkdir.

Universitetdə elektron kitabxana proqramı “SINAM” MMC-nin dəstəyi ilə fəaliyyət göstərir.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində elektron kitabxananın istifadəyə verilməsi ilə əlaqədar Kitabxana və İnformasiya Mərkəzinin əməkdaşları üçün təlim keçirilmişdir. Təlim zamanı məlumatların sistemə daxil edilməsi və elektron kataloqla işləmə qaydaları barədə ətraflı məlumat verilmiş, həmçinin elektron kitabxanaya üzvlük və ondan istifadə qaydaları izah edilmişdir.

GCU Press and Public Relations Service

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.