Dilinizi seçin

BAYTARLIQ XİDMƏTİNİN MONİTORİNQİ

BAYTARLIQ XİDMƏTİNİN MONİTORİNQİ

“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin əsas prinsiplərini — fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, eləcə də innovasiyaların tətbiqini özündə birləşdirən vahid sistemdir. Sistem daxili və xarici informasiya sistemləri ilə geniş inteqrasiya imkanları təqdim edir və kənd təsərrüfatı zəncirinin formalaşdırılmasına şərait yaradır.

Bu sistemin komponentlərindən biri SINAM şirkəti tərəfindən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün hazırlanaraq tətbiq edilmiş Baytarlıq Xidmətinin Monitorinqi (BXM) altsistemidir. Bu altsistem baytarlıq xidmətlərinin monitorinqinin və idarə edilməsinin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdur və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) ümumi funksionallığını dəstəkləyir.

Image

BXM altsistemi vasitəsilə:

  • Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi müxtəlif növ heyvanların sağlamlığının qorunmasını təmin edir, heyvandarlıqda məhsuldarlığın artırılmasına dəstək göstərir, epizootik xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsinə nəzarət edir və bu prosesi idarə edir.

  • Respublika ərazisində heyvanlar arasında xəstəliklərin aradan qaldırılması məqsədilə profilaktik və sağlamlaşdırıcı tədbirlər üzrə cari, illik və perspektiv planlar hazırlayır.

  • Respublikanın bütün ərazisində heyvan xəstəliklərinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir, yoluxucu və ekzotik xəstəliklərin yayılmasının qarşısını almaq üçün müvafiq tədbirləri planlaşdırır.

Təcrübə nümunəsi: BAYTARLIQ XİDMƏTİNİN MONİTORİNQİ

Baytarlıq Xidmətinin Monitorinqi (BXM)

Image
  • Aqrar Xidmət Agentliyi

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.