MƏLUMAT ANBARI VƏ ANALİTİK HESABAT SİSTEMİ
Müasir dünyada banklar bazar dinamikası, bank sektoru, gələcək dəyişikliklərin proqnozlaşdırılması və daxili strukturlarının səmərəliliyinin davamlı qiymətləndirilməsi barədə operativ və obyektiv məlumatlar olmadan fəaliyyət göstərə bilməzlər.
Azərbaycanda proqram təminatının hazırlanması sahəsində bazar lideri kimi mövqeyini möhkəmləndirən SINAM korporativ idarəetmənin səmərəliliyinin artırılması üçün zəruri baza təmin edən BI (Business Intelligence — Biznes Analitikası) platformasını hazırlamışdır.
Məhsulun əsas məqsədi tarixi və cari məlumatların dinamik və çoxölçülü təhlilinə, tendensiyaların araşdırılmasına və gələcək dinamikanın proqnozlaşdırılmasına yönəlmiş sistemlərin tətbiqidir.

Sistemin təqdim etdiyi unikal imkanlar aşağıdakılardır:
Məlumatlarda gizli qanunauyğunluqların aşkar edilməsi vasitəsilə qərarların qəbuluna dəstək;
Aşkar görünməyən və strukturlaşdırılmamış məlumatların çıxarılması və istifadəçi üçün əlverişli formada təqdim edilməsi;
Qabaqcıl inzibatçılıq imkanları.
Təcrübə nümunəsi: MƏLUMAT ANBARI VƏ ANALİTİK HESABAT SİSTEMİ
Bank Nəzarəti İnformasiya İdarəetmə Sistemi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (2014)
