VoİP TELEFONİYA
İnternet Protokolu üzərindən səs ötürülməsi texnologiyası, daha çox Voice over IP və ya sadəcə VoIP kimi tanınır və səs məlumatlarının internet əsaslı ötürülməsini təmin edir. Bu texnologiya ənənəvi rabitə xidmətlərindən istifadə zamanı yaranan danışıq xərclərini aradan qaldırır, avadanlıqlara qoyulan investisiyaları və inzibati xərcləri azaldır, bununla da şəhərlərarası və beynəlxalq zənglərə görə ödənişlərin, eləcə də digər rabitə xərclərinin aşağı salınmasına imkan verir.

Dövlət qurumları və digər iri istifadəçilər üçün VoIP texnologiyaları əməkdaşların mobilliyini artırır. Məsələn, əməkdaşlar filialda və ya digər məsafədən yerləşən məkanda fəaliyyət göstərdikdə belə, SINAM-ın səsli poçt, faksdan elektron poçta ötürmə və digər xidmətlərindən istifadə etməklə rəhbərləri, həmkarları və hətta müştəriləri ilə əlaqə saxlaya bilirlər.
SINAM tam IP əsaslı həllə keçidinizi təmin edə və ya üstünlük verdiyiniz halda, müasir tətbiqləri dəstəkləyən əsas PBX sistemini quraşdıra bilər. Həmçinin şirkət bütöv təşkilat üzrə çoxsaylı məkanları əhatə edən IP infrastrukturu tələblərinin qarşılanmasını təmin edir.
Təcrübə nümunəsi: VoİP TELEFONİYA
VoIP

AzerTurkBank (2015)
