AVTOBUS BİLETLƏRİNİN SATIŞ SİSTEMİ
Şəhərlərarası, rayonlararası və beynəlxalq səfərlər üçün bilet satışı sistemi:
QR-kod əsasında biletlərin həm onlayn, həm də oflayn şəkildə alınmasının təmin edilməsi;
Avtobusun hərəkət cədvəlindən oturacaq yeri seçməklə bilet alınması;
İstənilən avtovağzaldan bilet satışının təmin edilməsi;
Biletlərin operativ şəkildə geri qaytarılması imkanı;
Avtobusun yerləşdiyi yerin xəritə üzərindən izlənilməsi.

İş prinsipi:
Biletləri Biletim.az internet saytı və ya iOS və Android əməliyyat sistemləri üçün mövcud olan Biletim mobil tətbiqləri vasitəsilə əldə etmək mümkündür.
Ödəniş kassada nağd şəkildə və ya debet kartı vasitəsilə onlayn qaydada həyata keçirilə bilər.
Dispetçer onlayn biletləri sərnişinin kassaya yaxınlaşmasına ehtiyac olmadan Biletim platformasının tətbiqi vasitəsilə yoxlaya bilər.
Onlayn biletlər həm elektron poçt vasitəsilə, həm də portal üzərindən əldə edilə bilər.
Sürücüyə QR-kod əsaslı onlayn bileti təqdim etməklə səfər etmək mümkündür.
Təcrübə nümunəsi: AVTOBUS BİLETLƏRİNİN SATIŞ SİSTEMİ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi üçün Avtobus Bilet Satışı Sistemi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (2022)
