Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi
SESDA dövlət qurumları, iri və xırda təşkilatlar üçün hazırlanmış, elektron sənəd idarəetməsini və sənəd əsaslı biznes proseslərini vahid rəqəmsal platformada birləşdirən müasir həlldir. Platforma sənədlərin yaradılması, qeydiyyatı, razılaşdırılması, elektron imzalanması, icrası, monitorinqi və arxivləşdirilməsi daxil olmaqla bütün sənəd həyat dövrünü avtomatlaşdıraraq daha çevik, təhlükəsiz və şəffaf idarəetmə mühiti yaradır.
SESDA daxil olan, xaric olan və daxili sənədlərin idarə olunmasını, qurumlararası elektron sənəd mübadiləsini və biznes proseslərinin avtomatlaşdırılmasını dəstəkləyir. RSD, MyGov, NHAİS və digər dövlət və korporativ informasiya sistemləri ilə inteqrasiya sayəsində məlumat mübadiləsi təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirilir.
Platforma tam mətn üzrə axtarış və çevik filtrasiya imkanlarına malikdir. Bundan əlavə geniş analitika və hesabatlılıq imkanları sayəsində istifadəçilər real vaxt monitorinqi aparır, məlumatları Microsoft Excel formatında ixrac edir, fərdiləşdirilmiş hesabatlar hazırlayır və Forma 1, Forma 2 statistik hesabatlarını avtomatik formalaşdıra bilirlər.

Çevik arxitekturaya malik SESDA müxtəlif təşkilati strukturlara və biznes proseslərinə uyğunlaşdırılır. Sistem çoxsaylı struktur bölmələri, istifadəçi rolları və vəzifələri vahid platformada idarə edir, təşkilatın mövcud iş modelinə uyğun konfiqurasiya olunur və əlavə struktur dəyişikliklərinə ehtiyac yaratmır.
Rol əsaslı giriş hüquqları, elektron imza, audit jurnalları və sənədlərin tam tarixçəsi məlumatların təhlükəsizliyini və bütün əməliyyatların izlənilə bilməsini təmin edir. Sənəd idarəetməsi, proseslərin avtomatlaşdırılması, inteqrasiya, analitika və təhlükəsizlik imkanlarını vahid platformada birləşdirən SESDA təşkilatların əməliyyat səmərəliliyini artırır, kağız əsaslı prosesləri minimuma endirir və rəqəmsal transformasiya təşəbbüslərini dəstəkləyir.
SESDA | QOŞULMA PAKETİ
Bir istifadəçi
- İnfrastruktur
- Online təlim
- Yeniləmələr
- Texniki Dəstək
Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi Broşürü
Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi korporativ və təşkilatlararası yazışmaların idarə olunması üçün nəzərdə tutulmuşdur.
Təcrübə nümunəsi: Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi
SESDA Elektron Hökumət Sənəd Dövriyyəsi Sistemi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (2010–2024)
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (2011–2024)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (2022–2024)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (2022–2024)
Azərbaycan Respublikasının Energetika Nazirliyi (2023–2024)
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) (2021–2024)

