Dilinizi seçin

FREE FIELDS

FreeFields

2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış ərazilərini uğurla azad etdi. Azadlıqdan sonra həmin ərazilərdə tikinti və yenidənqurma işlərinə başlanıldı. Lakin işğal illərində basdırılmış minaların mövcudluğu səbəbindən tikinti işləri zamanı vətəndaşlarımız həyati təhlükə ilə üzləşirlər.

Image

Buna cavab olaraq, “SINAM” şirkəti dövlət-biznes tərəfdaşlığı çərçivəsində “FreeFields” proqram təminatını hazırlayaraq istifadəyə vermişdir. Bu mobil tətbiq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təqdim olunan xəritələrdən istifadə etməklə təhlükəli və minalardan təmizlənmiş əraziləri göstərir. Proqram təminatının məqsədi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti və yenidənqurma layihələri zamanı yarana biləcək riskləri azaltmaqdır. Tətbiq istifadəçilərə ödənişsiz təqdim olunur.

“FreeFields” layihəsinin əsas məqsədi minalardan təmizlənən ərazilərdə çalışan şəxslərin və həmin ərazilərdən keçən adi istifadəçilərin təhlükəsizliyini təmin etməkdir. Sistem insanların mina və partlamamış hərbi sursatların olduğu təhlükəli zonalara bilmədən daxil olmasının qarşısını almağa və bununla da bədbəxt hadisələrin başvermə riskini azaltmağa xidmət edir.

Təcrübə nümunəsi: FREEFIELDS

Minatəmizləmə Agentliyi üçün “FreeFields” layihəsi

Image
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (2020–2023)

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.