MƏKANA ƏSASLANAN XİDMƏTLƏR VƏ ÜNVANLAMA
2008-ci ildən etibarən SINAM CİS, GPS ölçmələri, rəqəmsallaşdırma və coğrafi məlumatların emalı daxil olmaqla bir sıra layihələri uğurla həyata keçirir. Azərbaycanda reallaşdırılan bu layihələrin səmərəliliyi SINAM-a fəaliyyətini ölkə hüdudlarından kənarda da genişləndirməyə imkan vermişdir.
CİS sahəsində təqdim olunan həllərə onlayn veb-xəritələrin hazırlanması, avtomobil naviqasiya sistemləri, GPS izləmə, küçə ünvanlaması və torpaqdan istifadənin idarə edilməsi daxildir.

Təcrübə nümunəsi: MƏKANA ƏSASLANAN XİDMƏTLƏR VƏ ÜNVANLAMA
Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (MCIT)

Kabil şəhərində məkana əsaslanan xidmətlər üzrə strategiyanın hazırlanmasında İKT Departamentinə dəstək (2014)
