Dilinizi seçin

VİDEOKONFRANSLARIN İDARƏ EDİLMƏSİ SİSTEMİ

VİDEOKONFRANSLARIN İDARƏ EDİLMƏSİ SİSTEMİ

Pandemiya dövrü ictimai həyatın bütün sahələri üçün çətin bir mərhələ olmuşdur. Yeni şəraitə uyğunlaşmaq məqsədilə bir çox şirkət və təhsil müəssisəsi daxili prosesləri onlayn mühitə keçirərək fəaliyyətini yenidən qurmağa məcbur olmuşdur.

Biznes proseslərində, işgüzar danışıqlarda, distant təhsildə və digər onlayn müzakirələrdə müasir proqram təminatı və xidmətlərdən istifadə mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə SINAM-ın yüksək ixtisaslı proqramçıları çoxsaylı iştirakçıların cəlb olunduğu onlayn tədbirlərin, videokonfransların, seminarların və yayımların təşkili və keçirilməsi üzrə müasir tələblərə cavab verən MEETADORE proqram məhsulunu hazırlamışlar.

Bu sənəddə MEETADORE proqramının təsviri, onun funksional modullarının iş prinsipi, eləcə də proqram və aparat təminatına dair texniki tələblər təqdim olunur. Bu məlumat yalnız şirkət və təhsil müəssisələrinin rəhbərləri üçün deyil, həm də keyfiyyətli “canlı” onlayn ünsiyyət vasitəsinə ehtiyacı olan hər kəs üçün faydalıdır.

Image

İstifadəçilər və onların imkanları:

MEETADORE proqramının funksionallığı istifadəçilərin kateqoriyasından asılı deyil. Bununla belə, videokonfransın təşkilatçısı iştirak məqsədindən asılı olaraq istifadəçilərin səlahiyyətlərini məhdudlaşdıra bilər. Məsələn, istifadəçi moderator və ya dinləyici, müəllim və ya tələbə, biznes tərəfdaşı və ya əməkdaş kimi iştirak edə bilər.

MEETADORE proqramında hər bir istifadəçi şəxsi görüşlər yarada, iştirakçılar əlavə edə, görüş protokolları hazırlaya və keçirilmiş görüşlərin video qeydini saxlaya bilər.

Proqram həmçinin oflayn görüş rejimini də dəstəkləyir. Bu rejimdə iştirakçılara görüşün vaxtı və yeri barədə əvvəlcədən məlumat verilir. Planlaşdırılmış bütün görüşlər proqram istifadəçilərinin təqvimində əks olunur.

Alt Text

Meetadore bukleti

MEETADORE — çoxsaylı iştirakçıların cəlb olunduğu onlayn tədbirlərin, o cümlədən işgüzar görüş və müzakirələrin, videokonfransların və seminarların təşkili və keçirilməsi üzrə müasir tələblərə cavab verən bulud platformasıdır.

YÜKLƏMƏK

Təcrübə nümunəsi: VİDEOKONFRANSLARIN İDARƏ EDİLMƏSİ SİSTEMİ

MEETADORE — Videokonfranslarin İdarə Edilməsi Sistemi

Image
  • Bakı Biznes Universiteti

  • ASCO-nun Təlim Mərkəzi

  • AYNA-nın Təlim Mərkəzi

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.