TƏHSİLİN İDARƏ EDİLMƏSİ SİSTEMİ
UNIVERS tədris prosesinin idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığı, tədris materiallarının təqdim edilməsi və təhsilin gedişinə nəzarət üçün alətləri özündə birləşdirən tətbiqi proqram təminatıdır. Sistem təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur, lakin korporativ təlim, attestasiya və sertifikatlaşdırma vasitəsi kimi müəssisələr üçün də maraqlı ola bilər.
UNIVERS sisteminin funksionallığı tədris prosesinin əsas istiqamətlərinin avtomatlaşdırılmasına xidmət edir. Sistem Azərbaycan təhsil müəssisələrinin tələblərinə cavab verir və digər ölkələrin tələblərinə uyğunlaşdırıla bilər:

Universitetlərin təşkilati strukturlarının yaradılması;
Tədris fəaliyyətlərinin planlaşdırılması, həyata keçirilməsi və idarə olunması üçün vahid həll platformasının təmin edilməsi;
Saatlıq dərs yükünün bölgüsü nəzərə alınmaqla dərs cədvəlinin avtomatlaşdırılmış şəkildə hazırlanması;
Tədris materiallarının operativ və səmərəli şəkildə yerləşdirilməsi və təhsil müəssisələrinə təqdim edilməsi;
Ənənəvi və elektron formada olan ixtisaslaşdırılmış və beynəlxalq informasiya resurslarına, o cümlədən elektron kitabxanaya çıxış;
Məsafədən və qarışıq təhsil də daxil olmaqla müxtəlif tədris metodlarından istifadə;
Videodərslərin təşkili və keçirilməsi;
Bilik səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif üsulların tətbiqi.
Təhsilin İdarə Edilməsi Sistemi üzrə buklet
Sistem universitetlərin və digər təhsil müəssisələrinin tədris fəaliyyətlərinin planlı şəkildə həyata keçirilməsini təmin edərək yüksək nəticələrin əldə olunmasına imkan yaradır.
Təcrübə nümunəsi: TƏHSİLİN İDARƏ EDİLMƏSİ SİSTEMİ
UNIVERS — TƏHSİLİN İDARƏ EDİLMƏSİ SİSTEMİ

Azərbaycan Dövlət Dəniz Akademiyası
Bakı Slavyan Universiteti
Milli Aviasiya Akademiyası

