ELEKTRON RESEPT SİSTEMİ
Azərbaycanda elektron resept sistemi dövlət və özəl səhiyyə müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron şəkildə qeydiyyatını və idarə olunmasını təmin edir. Sistemin əsas əhəmiyyəti əlçatanlıq, eləcə də vətəndaşların elektron tibbi məlumatlarının qorunması kimi mühüm prinsipləri vahid platformada birləşdirməsindən ibarətdir.
Bu sistem müayinə və müalicə zamanı pasiyentlərin tibbi tarixçəsindən istifadə etməklə səhiyyə mütəxəssislərinə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradır, eyni zamanda ölkə daxilində dərman vasitələrinin dövriyyəsinə nəzarəti gücləndirir.

Elektron resept sistemi həkimlərə reseptləri bir neçə dəqiqə ərzində elektron qaydada yazmağa imkan verir. Bütün reseptlər həm pasiyentlər, həm də həkimlər üçün təhlükəsiz şəkildə saxlanılır ki, bu da gələcək təhlillərin və tibbi araşdırmaların aparılmasını asanlaşdırır.
Pasiyentlər istənilən vaxt öz resept məlumatlarına çıxış əldə edə, zərurət yarandıqda reseptləri paylaşa və çap edə bilərlər. Bundan əlavə, müalicə planına daha düzgün əməl etmək üçün mobil cihazlarında dərman qəbulu ilə bağlı xatırlatmalar qura bilərlər.
Təcrübə nümunəsi: ELEKTRON RESEPT SİSTEMİ
Elektron resept sisteminin hazırlanması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (2023–2024)
