SINAM QABAQCIL COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ
“SINAM” şirkəti 2008-ci ildən etibarən Coğrafi İnformasiya Sistemləri sahəsində tədqiqatlar aparmağa və müxtəlif layihələr həyata keçirməyə başlamışdır.
Mütəxəssislərimiz bu dövr ərzində əldə olunmuş təcrübə və həmin sahədə mövcud olan müxtəlif proqram təminatlarının araşdırılması əsasında coğrafi məlumatlarla işləmək, məlumatları daxil etmək və emal etmək, hesabatları formalaşdırmaq, qəbul etmək və ötürmək üçün veb əsaslı SAGİS proqram təminatını hazırlamışlar.

SAGİS istifadəçilərə aşağıdakı imkanları təqdim edir:
Veb üzərindən kompüter və mobil telefon vasitəsilə tematik elektron xəritələrin yaradılması;
Xəritədə coğrafi obyektlərin yerləşmə koordinatlarının və metaməlumatlarının daxil edilməsi və dəyişdirilməsi;
Obyektlər arasında əlaqələrin müəyyənləşdirilməsi;
Elektron xidmətlər üzrə müxtəlif analoji sistemlərlə inteqrasiyanın qurulması;
Minimal resurslardan istifadə etməklə böyük həcmli məlumatların idarə edilməsi.
Təcrübə nümunəsi: SINAM QABAQCIL COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Coğrafi İnformasiya Sistemi (BNAGIS)

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (2018–2020)
