2025-ci il noyabrın 12-də Sumqayıt Dövlət Universitetində, noyabrın 13-də isə Xəzər Universitetində I Beynəlxalq Maliyyə, Mühasibat Uçotu, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilmişdir!
Tədbir İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan İctimai Birliyi və Türkiyə Respublikasının İctimai Nəzarət, Mühasibat Uçotu və Audit Standartları Qurumu (KGK) ilə birgə təşkil olunmuş, “SINAM” isə tədbirin Baş sponsoru olmuşdur.
Simpozium Türkiyənin və digər türkdilli ölkələrin 30-dan çox nüfuzlu universitetindən alimləri, eləcə də iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirmişdir.
