Dilinizi seçin

XƏBƏRLƏR

SERP üzrə təlimlər keçirilmişdir.

SERP üzrə təlimlər keçirilmişdir.

Təlimlərin məqsədi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyə, mühasibat uçotu və insan resursları üzrə əməkdaşlarına ilkin məlumatların daxil edilməsi, məlumatların əldə olunması, maliyyə və mühasibat hesabatlarının, eləcə də insan resursları üzrə hesabatların hazırlanması kimi SERP-in funksional modulları ilə işləmə qaydalarını öyrətməkdən ibarət olmuşdur. Təlimlər çərçivəsində sistemin müxtəlif modulları vasitəsilə həyata keçirilən funksiyalar barədə ətraflı məlumat verilmiş, sistemdən istifadə qaydaları izah edilmiş, iş prosesində tez-tez yaranan suallar cavablandırılmış və sistemlə işləyərkən qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim olunmuşdur.

Təlim zamanı SERP sisteminin ümumi təyinatı və funksional imkanları barədə məlumat verilmiş, SERP proqram təminatının iş mexanizmi və fəaliyyət prinsipləri iştirakçıların diqqətinə çatdırılmış, həmçinin iştirakçılar tərəfindən səsləndirilən suallar dinlənilmiş və cavablandırılmışdır.

Təlim kursları SINAM şirkətinin FARABI qrupunun əməkdaşları tərəfindən keçirilmişdir.

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.