Dilinizi seçin

XƏBƏRLƏR

Dövlət-özəl sektor dialoqu formatında görüş keçirilmişdir.

Dövlət-özəl sektor dialoqu formatında görüş keçirilmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə dövlət-özəl sektor dialoqu formatında keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.

Görüş zamanı sahibkarlara peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilmiş, onların ixtisaslı kadrlara olan tələbatı, eləcə də peşə təhsili sahəsində dövlətlə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Tədbirdə SINAM şirkətinin prezidenti, texnika elmləri doktoru, professor Elçin Əliyev də iştirak etmişdir. O, çıxışı zamanı respublikanın əmək bazarında formalaşan yeni tələblərə dair təkliflərini səsləndirmişdir. Elçin Əliyev mövcud şəraitdə kadrların peşə bacarıqlarının artırılmasının vacibliyini vurğulamış, müxtəlif sahələrdə müşahidə olunan kadr çatışmazlığı və qarşıya çıxan problemlər barədə məlumat vermişdir. Həmçinin dövlət peşə təhsili müəssisələri ilə əməkdaşlıq perspektivlərindən danışmış və bu istiqamətdə dövlət dəstəyinin zəruriliyini qeyd etmişdir.

Sonda dövlət-özəl sektor dialoqunun əhəmiyyəti nəzərə alınaraq, peşə təhsili çərçivəsində müxtəlif sahələrin xüsusiyyətlərinə uyğun mövzular üzrə peşə təhsili müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi təklif olunmuşdur.

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.