Müqavilə çərçivəsində ADPU-da tədrisin idarə edilməsi ilə bağlı biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən sistem modulları tətbiq ediləcək, sistemə yeni funksional imkanlar əlavə olunacaq və ADPU-da mövcud olan sistemlərlə inteqrasiya həyata keçiriləcəkdir.
Bu gün təhsil sisteminə irəli sürülən əsas tələblər təhsilin əlçatanlığı və keyfiyyətidir. EMPRO sistemi bu tələblərə tam cavab verir və onların təmin olunmasına xidmət edir.
EMPRO sistemi artıq 10-a yaxın təhsil müəssisəsində — universitetlərdə, akademiyalarda, kolleclərdə və təlim mərkəzlərində tətbiq edilmiş və hazırda həmin müəssisələrdə uğurla fəaliyyət göstərir.
