Dilinizi seçin

“GONAV.AZ” ONLAYN NAVİQATOR

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müasir informasiya-kommunikasiya və mobil texnologiyaların tətbiqi fundamental və həlledici imkanlara malik əsas amillərdən biri kimi çıxış etməkdə davam edir.

Hazırda ölkə üzrə çoxsaylı infrastruktur layihələri həyata keçirilir, yeni kənd və şəhərlər salınır, yollar çəkilir və hər yerdə yeni ünvan konsepsiyası tətbiq olunur. Belə bir şəraitdə bütün ölkə ərazisini əhatə edən naviqasiya sisteminin mövcudluğu həm sakinlərin, həm də ölkəyə gələn turistlərin səfərlərini daha təhlükəsiz və rahat edəcəkdir.

Image

İstənilən planşet və ya mobil telefonun brauzerində müvafiq keçidi daxil etməklə “GoNav.Az” xidmətindən dərhal istifadə etməyə başlamaq mümkündür.

GoNav.Az” naviqatorunda istifadə olunan elektron xəritə hazırda ölkədə geniş tanınan və Azərbaycanla Gürcüstan ərazilərini əhatə edən “GoMap.Az” elektron xəritə məlumat bazası əsasında fəaliyyət göstərir. Xəritədə bütün yollar və küçələr aktual yol hərəkəti qaydaları nəzərə alınmaqla əks etdirilmişdir. “GoNav.Az” naviqatoru obyektlər, şəhərlər, kəndlər, yeni və köhnə ünvanlar üzrə birsətirli axtarış sistemi ilə təchiz olunmuşdur.

Təcrübə nümunəsi: “GONAV.AZ” ONLAYN NAVİQATOR

GoNav.Az

Image
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.