Dilinizi seçin

AGROGİS

Bəzən şirkətlər öz veb-resurslarında CİS əməliyyatlarını — ərazinin çəkilməsi, bölünməsi, birləşdirilməsi, vizuallaşdırılması, köçürülməsi və s. — həyata keçirməli olurlar. Bu cür alətlərdən istifadə şirkətin veb-resursunda coğrafi məkan məlumatlarının idarə edilməsini xeyli sadələşdirir və əlavə proqramlaşdırma işlərinə qənaət etməyə imkan verir.

“SINAM” şirkəti öz məhsulu olan SAGİS sistemi əsasında “GISTools” xidmətini hazırlamış və istifadəyə vermişdir.

Image

“GISTools” istənilən veb-resursda qeydiyyatdan keçmiş istifadəçilərə coğrafi məlumatları — məsələn, onlara məxsus torpaq sahələrini — sistemə daxil etmək, redaktə etmək, bölmək, birləşdirmək, həmin obyektlərə aid məlumatları əlavə etmək və digər əməliyyatları həyata keçirmək imkanı verən proqram təminatıdır.

Təcrübə nümunəsi: AGROGIS

Kənd Təsərrüfatı Nazirliyi üçün “AgroGIS” proqram təminatının hazırlanması

Image
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (2020–2022)

Image

1994-cü ildən etibarən SINAM Ltd qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət və özəl sektorlarda transformasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır.