ANİ ÖDƏNİŞLƏR SİSTEMİ
Ani Ödənişlər Sistemi ödənişlərin real vaxt rejimində, sutkanın 24 saatı, ilin 365 günü emal edildiyi və vəsaitlərin alıcının istifadəsinə dərhal təqdim olunduğu elektron ödəniş sistemidir.
Ani Ödənişlər Sisteminin yaradılmasının əsas məqsədi istifadəçilərə rahat, müasir və innovativ çıxış kanallarından, eləcə də ödəniş əməliyyatlarının başladılması üsullarından istifadə etməklə bir hesabdan digər hesaba sürətli və aşağı xərcli köçürmələr və ödənişlər həyata keçirmək imkanı yaratmaqdır.

Bundan əlavə, elektron ticarətin inkişafı insanların xərcləmə vərdişlərində dəyişikliklərə səbəb olmuşdur. Alış-veriş artıq yalnız ənənəvi iş saatları ilə məhdudlaşmır ki, bu da pul vəsaitlərinin köçürülməsi sahəsində yeni çağırışlar yaradır. Eyni zamanda, ticarət subyektləri istehlakçıların tələblərinə cavab vermək üçün daha sürətli və etibarlı pul köçürmə sistemlərinə ehtiyac duyurlar.
Ani Ödənişlər Sistemi ödəniş infrastrukturunun inkişafına təkan verəcək, bazarın və istifadəçilərin gözləntilərini qarşılayacaq, maliyyə inklüzivliyini təşviq edəcək və nağdsız hesablaşmaların həcmini artıracaqdır.
Təcrübə nümunəsi: ANİ ÖDƏNİŞLƏR SİSTEMİ
Mərkəzi Bank üçün AniPAY Ani Ödənişlər Sistemi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (2022–2024)
