Azenru

Bu yaxınlarda “Qazhidromet” üçün elektron arxivin və elektron daşıyıcılarda hidrometereoloji məlumatlar fondunun yaradılması ilə əlaqədar tenderin nəticələri elan ediləcək.

Şirkət Dünya Bankı tərəfindən maliyyələşdirilən “Mərkəzi Asiyada hidrometereologiya xidmətlərinin modernləşdirilməsi” layihəsi çərçivəsində elan edilmiş tenderdə iştirak edir. Layihənin məqsədi Mərkəzi Asiyada hidrometereologiya xidmətlərinin göstərilməsinin dəqiqliyinin artırılmasından və bu xidmətlərin vaxtlı-vaxtında göstərilməsinin təmin edilməsindən ibarətdir. Layihənin komponentlərindən biri də regionda fəaliyyətlərin koordinasiyasının və informasiya mübadiləsinin təkmilləşdirilməsi və xüsusi halda regionda hər bir milli hidrometereologiya xidmətləri bürosuna ümumi hidrometereoloji məlumatları istifadəyə vermək, qəbul etmək və arxivləşdirmək, eyni zamanda məlumat və hidrometereologiya xidmətlərinin göstərilməsi ilə əlaqədar müvafiq ixtisaslaşma dərəcəsinə malik olmaq imkanının verilməsindən ibarətdir.

Layihə çərçivəsində avadanlıq və proqram təminatının çatdırılması və quraşdırılması, kağız daşıyıcılarda olan arxiv sənədlərinin rəqəmsallaşdırılması, indeksləşdirilməsi və verilənlər bazasında saxlanılması ilə əlaqədar işlərin görülməsi nəzərdə tutulur.

SINAM şirkəti tərəfindən Qırğızıstanda da oxşar layihə həyata keçirilmişdir. 2014-cü ilin mart ayında başlayan layihə çərçivəsində şirkət tərəfindən “KyrgizHydroMet”-in sənədlərinin saxlanılması üçün infrasturun yaradılması ilə əlaqədar işlər görülüb, arxivin elektron daşıyıcılara keçirilməsi üçün avadanlıq və proqram təminatı quraşdırılıb, lokal kompüter şəbəkəsi yaradılıb və əməkdaşlar üçün avtomatlaşdırılmış iş yerləri hazırlanıb.

Seçmə Proqram Təminatı

Partnyorlarımız