Servis
Konsaltinq
Hazırda şirkətlərin gündəlik fəaliyyətinin informasiya texnologiyalarından asılılığı getdikcə artmaqdadır. Bu gün effektiv, idarə olunan və şəffaf texnologiyalar təşkilatların müvəffəqiyyətli fəaliyyətinin təminatıdır.
İnformasiya texnologiyaları sahəsində geniş biliklərə və Rusiyada, eləcə də xaricdə yerləşən böyük müştərilərlə müvəffəqiyyətli iş təcrübəsinə malik olan şirkətimiz dünya standartlarına cavab verən peşəkar konsultasiya xidmətləri göstərməklə biznesinizin inkişafına təkan verir.
Mütəxəssislərimiz mövcud informasiya texnologiyaları infrastrukturunu yoxlamaq, dinamik inkişaf edən biznes tələblərinə uyğun İT-strategiya hazırlamaq, biznes tələbləri və strategiyaları əsasında müvafiq informasiya sistemini seçmək, biznes-prosesləri təsvir etmək və informasiya sistemlərini tətbiq etmək hesabına xərclərin və risklərin azalması fonunda biznesin effektivliyinin keyfiyyətlə artmasına nail olurlar.
İT-strategiyanın hazırlanması:
İnformasiya texnologiyalarının inkişaf strategiyası təşkilatın İT-infrastrukturunun optimallaşdırılması hesabına onun strateji məqsədlərinin effektiv şəkildə reallaşdırılması yollarıdır. İT-strategiyaya informasiya texnologiyalarının köməyi ilə şirkətin strateji biznes tapşırıqlarının yerinə yetirilmə üsulları, şirkətin strateji İT məsələləri, İT-layihələrin reallaşdırılmasına yanaşmalar, müvəffəqiyyətin əsas amillərinin siyahısı, keyfiyyətin idarə edilməsi və texnologiya platforması daxildir. İT-strategiyanın əsas tərkib hissəsi isə İT sahəsindəki investisiyaların iqtisadi baxımdan əsaslandırılmasıdır.
Telekommunikasiya avadanlıqlarının çatdırılması:
- CISCO
- HP
- Alcatel
Kompüterlərin, verilənlərin emal edilməsi və yadda saxlanması sistemlərinin çatdırılması:
- HP/Compaq
- ORACLE
- MICROSOFT
Həllərin və avadanlıqların çatdırılması və tətbiq edilməsi layihələrinin idarə edilməsi:
- Texniki tapşırıqların, qrafik-planların və layihə büdcələrinin hazırlanması və razılaşdırılması;
- Həllərin yaradılması, tətbiq edilməsi və xarici resurslarla qarşılıqlı əlaqəsi;
- İşlərin icra edilməsinə nəzarət;
- Sistemlərin quraşdırılması.
Sifarişçinin nümayəndələri üçün hesabatların yaradılması, aşağıdakı sənədlərin hazırlanması:
- Texniki tapşırıq;
- Texniki təklif;
- Texniki layihə;
- Proqramlar və istismar metodikaları;
- İstismar üzrə texniki təsvir və təlimatlar;
- Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq pasportlar və digər sənədlər.
Layihələrin istismara verilməsi:
- Zəmanətli xidmət və satışdan sonrakı konsultasiyalar;
- Təchizatçılarda avtorizasiya üçün kömək və təlim.
Avadanlıqların seçilməsi:
- Avadanlıqların seçilməsi və müvafiq həllərin yaradılması məsələləri üzrə sifarişçinin əməkdaşlarına məsləhətlərin verilməsi;
- Sifarişçini maraqlandıran texnologiya istiqamətləri üzrə prezentasiyaların hazırlanması və sifarişçinin ofisində, yaxud texniki xidmət ərazisində keçirilməsi;
- Sifarişçi üçün texniki icmalların, eləcə də bu və ya digər həllərin / texnologiyaların / avadanlıqların və proqram təminatının müqayisəli analizinin hazırlanması;
- Aprobasiya və pilot layihələri üçün demo-avadanlıqların sifarişçilərə təqdim edilməsi;
- Spesifikasiyaların və texniki-kommersiya təkliflərinin hazırlanması;
- Hazır həllərin və fərdi işlərin tətbiq edilməsi.
3Com, Cisco Systems, Alcatel və Sagem əsasında telekommunikasiya həllərinin tətbiq edilməsi:
- LAN şəbəkələrin (simli və simsiz (WiFi) şəbəkələr) tətbiq edilməsi;
- WAN şəbəkələrin (korporativ şəbəkə) tətbiq edilməsi;
- İnformasiya sistemlərinin resurslarına kənardan müraciətin təşkil edilməsi;
- Çoxfunksiyalı korporativ şəbəkələrin tətbiq edilməsi;
- Şəbəkə telekommunikasiya infrastrukturlarının yaradılması/müasirləşdirilməsi;
- İstehsalçının xidmət müqavilələrinin müşayiəti.
Telefoniya həllərinin tətbiq edilməsi:
- Ənənəvi telefoniya həllərinin tətbiq edilməsi;
- Hazırlanmış proqram təminatı əsasında IP-telefoniya həllərinin tətbiq edilməsi;
- Ethernet həlləri əsasında korporativ telefon şəbəkəsinin qurulması.
Server platformaları:
- HP/Compaq avadanlığı əsasında server platformalarının (Intel&RISC) tətbiq edilməsi:
- Mövcud server avadanlıqlarının auditi;
- Server infrastrukturlarının yaradılması / müasirləşdirilməsi məsələləri üzrə konsultasiyalar;
- Korporativ səviyyəli (server nüvəsinin qurulması) server həllərinin tətbiq edilməsi;
- Korporativ səviyyəli server həllərinin tətbiq edilməsi;
- Mövcud server avadanlıqlarının müasirləşdirməsi;
- İstehsalçının xidmət müqavilələrinin müşayiəti.
Verilənlərin yadda saxlanılması sistemləri:
- HP verilənlərin yadda saxlanılması sistemlərinin tətbiq edilməsi;
- Verilənlərin yadda saxlanılması üçün rəddədavamlı sistemlərin təşkili ilə əlaqədar həllərin tətbiq edilməsi;
- Verilənlərin arxivləşdirilməsi sistemlərinin təşkil edilməsi məsələləri üzrə konsultasiyalar;
- İnformasiya təhlükəsizliyi sistemləri.
Cisco Systems həlləri əsasında informasiya təhlükəsizliyi sistemlərinin tətbiq edilməsi:
- Cisco PIX kompleksləri əsasında informasiya sistemlərinin icazəsiz girişdən qorunması ilə əlaqədar həllərin tətbiq edilməsi;
- Sifarişçilərin tələblərinə uyğun olaraq Cisco Systems şirkətinin PIX ailəsi əsasında informasiya sistemlərinin icazəsiz girişdən qorunması ilə əlaqədar həllərin işlənib hazırlaması;
- VPN texnologiyaları əsasında verilənlərin ötürülməsi kanallarının qorunmasının təşkil edilməsi;
- Sifarişçilərin tələblərinə uyğun olaraq Cisco şirkətinin VPN-konsentratorları və proqram-aparat kompleksləri əsasında verilənlərin ötürülməsi kanallarının qorunması ilə əlaqədar həllərin işlənib hazırlaması;
- Cisco IDS əsasında informasiya sisteminin perimetrinin qorunması ilə əlaqədar həllərin tətbiq edilməsi.
Symantec və başqa proqram təminatı əsasında informasiya sisteminin antivirus müdafiəsi ilə əlaqədar həllərin tətbiq edilməsi:
- Sifarişçinin sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətinin analiz edilməsi;
- İnformasiyanın təhlükəsizliyi siyasətinin və ya sifarişçinin tələblərinə uyğun olaraq informasiya sisteminin antivirus müdafiəsi ilə əlaqədar həllərin işlənib hazırlaması;
- Vendorların tələbləri və standartlar əsasında tövsiyələrin hazırlanması.
Unix sinfindən olan sistemlərin tətbiq edilməsi:
- Linux
- FreeBSD
- HP Ux
HP "incə müştəri" texnologiyası əsasında həllərin işlənib hazırlanması və tətbiq edilməsi.