İTAS - İnteqrasiya Olunmuş Vergi İdarəetmə Sistemi
Həllin təyinatı
İnteqrasiya Olunmuş Vergi İdarəetmə Sistemi (ITAS - Integrated Tax Administration System) SİNAM şirkəti tərəfindən yaradılıb və vergi orqanlarının əsas funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulub. İnteqrasiya Olunmuş Vergi İdarəetmə Sistemi fiziki və hüquqi şəxslərin qeydiyyatı, vergi ödəyicilərinin şəxsi hesablarının və daxili hesabatlılığın avtomatlaşdırılması, vergi xərclərinin toplanılması, ödəniş sənədləri və deklarasiyaların emalı, risk analizi və audit planlaması, Çağrı Mərkəzi (Call Center), üçüncü tərəfin agentlikləri ilə inteqrasiya, qərar qəbuletmə üçün analitik hesabatların qəbul edilməsi və s. ilə əlaqədar əsas biznes-prosesləri əhatə edir.
Sistemin arxitekturası:
Proqram təminatının komponenti |
Təyinatı |
İstehsalat proqram təminatı |
ITAS sisteminin əsas veb-proqramı |
İstehsalat verilənlər bazası |
ITAS sisteminin əsas verilənlər bazası |
Veb-proqram |
Rəsmi veb-səhifə |
Veb-proqram üçün verilənlər bazası |
Veb-proqramın verilənlər bazası |
Oracle BI proqram təminatı |
Oracle BI proqram təminatı |
Verilənlər anbarı |
Verilənlər anbarı |
3dParty proqram təminatı |
Üçüncü tərəfin təşkilatları ilə inteqrasiya üçün veb-proqram |
E-declaration proqram təminatı |
E-declaration veb-proqramı |
E-declaration verilənlər bazası |
E-declaration proqram təminatının verilənlər bazası |
ITAS Support proqram təminatı |
ITAS sisteminin proqram təminatı |
ITAS Support verilənlər bazası |
ITAS Support proqram təminatının verilənlər bazası |
-
Sistemin əsas xüsusiyyətləri
-
Sistemin üstünlükləri
Sistemin əsas xüsusiyyətləri:
- Veb-interfeysə malik mərkəzləşdirilmiş sistem;
- Prosesə yanaşma: konfiqurasiya və biznes-proses monitorinqi;
- Geniş parametr sazlama imkanı: istinad verilənləri, giriş və çıxış formaları, proseslər, sistemin iş parametrləri;
- Genişləndirilmiş audit: istifadəçilərin fəaliyyətlərinin loqlanması;
- İnteqrasiya olunmuş verilənlər bazası və istifadəçilərin dəstəklənməsi sistemi;
- İnteqrasiya olunmuş analitik hesabatlılıq sistemi;
- Çoxdilliliyin dəstəklənməsi.
Sistemin üstünlükləri:
- Vergi idarəetməsi ilə əlaqədar əsas biznes-proseslərin əhatə olunması;
-
Çevik sistem konfiqurasiyası:
- Sazlanan biznes-proses;
- Sazlanan daxiletmə formaları;
- Risklərin qiymətləndirilməsi kriterisinin sazlanması.
- Veb əsaslı texnologiyaların tətbiqi nəticəsində sistemin yerində tətbiq edilməsi tələb olunmur;
- Analitik hesabatlılıq vasitəsilə qərar qəbuletmənin idarə edilməsi;
- Üçüncü tərəfin agentlikləri ilə inteqrasiya, biznes və vergi ödəyiciləri üçün müxtəlif veb əsaslı xidmətlərin göstərilməsi;
- İstifadəçi və hüquqların idarə edilməsi və istifadəçi fəaliyyətlərinin loqlanması funksiyaları daxil olmaqla administrasiya və təhlükəsizlik üçün alt sistemlər;
- Çoxdilli interfeysin dəstəklənməsi və s.
Sistemin modulları:
- 1. Qeydiyyat
- 2. Vergi deklarasiyalarının emalı.
- 3. Ödənişlərin emalı
- 4. Toplama və deklarasiya nəzarəti
- 5. Gəlirlərin uçotu
- 6. Risk analizi
- 7. Audit
- 8. Müraciətlər
- 9. Korrespondensiya və işlərin izlənməsi
- 10. Dislokasiya
- 11. Hesabatlar və verilənlər anbarı
- 12. Vergi ödəyici xidmətləri
- 13. Administrasiya
- 14. FormGenerationEngine
- 15. Üçüncü tərəfə inteqrasiya
1. Qeydiyyat
Modul vergi ödəyicilərinin, onların parametr və vergilərinin qeydiyyatını və qeydiyyatdan çıxarılmasını təmin edir.
Qeydiyyatdan keçirildikdən sonra vergi ödəyicisinə unikal VÖEN verilir və qeydiyyat forması ünvan məlumatları, hesab və s. haqqında məlumat daxil olmaqla vergi ödəyicisi haqqında məlumatlarla doldurulur. Bundan əlavə, sistemdə vergi ödəyicisinin məlumatlarına dəyişiklik etmək, eləcə də vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və son tarixinin təyin edilməsi funksiyaları mövcuddur.
2. Vergi deklarasiyalarının emalı.
Modul vergi deklarasiyalarının uçotu, qiymətləndirilməsi və vergi ödəyicilərinin hesab formalarının idarə edilməsi üçün nəzərdə tutulub. Modul aşağıdakı funksiyalara malikdir:
- Paketlərin emalı – emal edilməsi üçün vergi deklarasiyası paketlərinin yaradılması;
- Vergi deklarasiyalarının emalı – gəlirlərin daxil edilməsi, vergi uçotu və vergi deklarasiyaları;
- Fakturaların emalı – gəlirlərin daxil edilməsi, artıq ödənişlər və ödəmələrin idarə edilməsi;
- Hesab formalarının idarə edilməsi.
3. Ödənişlərin emalı
Ödəniş sənədləri emal edildikdə Mərkəzi Xəzinədarlıqla əlaqə yaradılır və ödəniş sənədləri buradan alınır. Sistemdə ödənişləri Mərkəzi Xəzinədarlıqla avtomatik razılaşdırmaq və yayınmaların məbləğini tarix, müddət və vergi tipinə əsasən göstərməklə razılaşdırma hesabatına baxmaq funksiyası mövcuddur.
Sistem qeydiyyatdan keçməmiş vergi ödəyicilərinin ödəniş sənədlərinin daxil edilməsini təmin edir və bu halda VÖEN sahəsinə ixtiyari simvollar çoxluğu daxil edilir. Bu halda təyin edilmiş VÖEN qeydiyyatdan keçirilir, ödəniş sənədləri avtomatik olaraq vergi ödəyicisinin hesabı ilə əlaqələndirilir. Bundan əlavə, VÖEN təyin edildikdə ödəniş sənədi redaktə edilə və avtomatik olaraq vergi ödəyicisinin hesabına bağlana bilər.
4. Toplama və deklarasiya nəzarəti
Modul vergilərin toplanmasını təmin etmək və deklarasiyaların doldurulmasına nəzarət etmək üçün nəzərdə tutulub. O, aşağıdakı xüsusiyyətlərə malikdir:
- Vergi borclarının bərpa edilməsi;
- Vergi borclarının gecikdirilməsi / ödənilməsi;
- Vergi borclarının silinməsi;
- Vergi ödəyicilərinin və şəxslərin dosyeləri;
- Deklarasiyaların göndərilməsinin monitorinqi;
- Deklarasiyaların göndərilməməsinin monitorinqi;
5. Gəlirlərin uçotu
Gəlirlərin uçotu vergi ödəyicilərinin hesablanmış məbləğlər, qəbzlər, ilkin balans və s. kimi bütün tranzaksiyalarını əhatə edir. Modul eyni zamanda cərimələrin, vergi sanksiyalarının və vergi faizlərinin hesablanması funksiyalarını da yerinə yetirir.
Modulda tranzaksiyalar, cərimələrin hesablanması, sanksiyaların və faizlərin hesablanması ilə əlaqədar məlumatlara baxmaq mümkündür.
Hesab kartı müştərinin mühasibat qaydaları əsasında idarə olunur:
- Hər təqvim ilində hər bir rayondakı vergi ödəyicisi və hər bir vergi tipi üçün hesab kartı yaradılır.
- Ödəniş tranzaksiyaları deklarasiyalarla əlaqələndirilmir və borc tranzaksiyaları aşağıdakı qaydalara uyğun olaraq yerinə yetirilir: borcun hesablanması, vergi faizinin və vergi cəriməsinin hesablanması.
- Tranzaksiyaların yenilənməsi zamanı hesablamalar yenilənmiş məbləğlər əsasında aparılır.
- Cərimə hər bir təqvim günü və hər bir borcun ödənilməmiş hissəsi üçün hesablanır. Hər bir borcla əlaqədar cəmi hesablanmış cərimə üçün limitin təyin edilməsi imkanı da mövcuddur.
6. Risk analizi
Sistem əvvəlcədən təyin edilmiş risk meyarı əsasında yüksək vergidən yayınma riski olan vergi ödəyicilərinin avtomatik analitikasını və təyin edilməsini təmin edir. Risk analizi nəticəsində riskli vergi ödəyicilərinin siyahısı alınır və bu siyahı sahə auditi, daxili audit və s. kimi proseslərdə istifadə edilə bilər. İstifadəçilər risk meyarını müəyyən qrup vergi ödəyiciləri və ya bütün vergi ödəyiciləri üçün təyin edir. Bu baxımdan 4 vergi ödəyicisi qrupu mövcuddur: ƏDV ödəyən vergi ödəyiciləri, ƏDV ödəməyən vergi ödəyiciləri, fərdlər və hökumət orqanları.
İstifadəçilər lazımi prosesi konfiqurasiya edə, eləcə də hesablama üçün müəyyən riskin istifadə edilib-edilməməsini qərarlaşdıra, müxtəlif ilkin qiymətlər, risk əmsalları və riskin hesablanması üçün bəzi güzəştlər təyin edə bilər. Sistem istifadəçi interfeysi vasitəsilə meyar əlavə etməyə və onlara dəyişiklik etməyə imkan verir. Meyar üçün müxtəlif verilən mənbələrindən istifadə edilir: Vergi İnformasiya Sisteminin daxili verilənləri və ya Gömrük Komitəsi, Dövlət Reyestri və s. alınan xarici verilənlər.
7. Audit
E-Audit sistemi aşağıdakı audit tiplərini dəstəkləyir:
Sahə auditi – vergi ödəyicisinə baş çəkib tamamlanmış period üzrə fəaliyyətlərinin yoxlanılması.
Daxili audit – vergidən yayınmanın qarşısını almaq üçün müxtəlif deklarasiyaların bir-biri ilə və ya xarici mənbələrdən alınmış məlumatlarla müqayisə edilməsinə əsaslanır.
Sistemdə əlavə insan resursuna ehtiyac olmadan uyğun əməliyyatı və ümumi xətaları avtomatik təyin etməyə imkan verən Benford qanununa əsaslanan riyazi analiz üsulundan istifadə edilir.
8. Müraciətlər
Modul vergi ödəyicilərinin şikayətlərinin işlənməsi üçün nəzərdə tutulub.
Ümumiyyətlə, proses aşağıdakı addımlardan ibarətdir:
- Şikayətin qeydə alınması və onun emalı üçün unikal nömrənin və son tarixin verilməsi;
- Şikayətin audit qiymətləndirməsi ilə əlaqələndirilməsi və müraciətdəki məbləğlərin daxil edilməsi;
- Şikayətə baxış: icraçının təyin edilməsi, proseslə əlaqədar sənədlərin yaradılması, prosesin nəticələri haqqında hesabatın yaradılması.
Proses təxirə salına və yenidən başladıla bilər və bu zaman əlaqədar şikayət və proseslər birləşdiriləcək.
9. Korrespondensiya və işlərin izlənməsi
Modul vergi orqanının korrespondensiyalarının qeydə alınması üçün nəzərdə tutulub. O, vergi orqanının kənar təşkilatlar və vergi ödəyiciləri ilə görüş müddətlərinə nəzarəti təmin edir.
Daxiletmə formalarının parametrləri vahid JSON formatlı sahədə saxlanılır. Bu, hər bir sənəd forması üçün çox sayda cədvəlin yaradılmasının qarşısını alır, eyni zamanda təsdiq və icra zamanı daxiletmə sənədlərinə çox sayda dəyişiklik etmək problemini həll edir.
Sistem işlərin idarə edilməsi, sənədlərin idarə edilməsi və texnoloji prosesin funksionallığı məsələlərini yerinə yetirən işlərin izlənməsi mexanizminə malikdir.
Modul sistemin modulları daxilindəki prosesləri izləməyə imkan verir.
10. Dislokasiya
Modul aktivlərin sahibkarlarla (vergi ödəyiciləri ilə) əlaqələndirilməsi, aktivin xüsusiyyətlərinin təyin edilməsi və sahibkarlıqla əlaqədar dəyişikliklərin izlənməsi mexanizmini təmin edir.
Sistem əmlak / aktiv üçün unikal identifikasiya nömrəsinin təyin edilməsini və aktiv, əmlak və sahibkarlıqla əlaqədar meydana çıxan bütün dəyişikliklərin izlənməsini təmin edir. Bütün əmlaklar müəyyən aktiv tipi ilə əlaqələndirilir. Aktiv qeydlərinin dəstəklənməsi yeni qeyd əlavə etməklə təmin edilir.
11. Hesabatlar və verilənlər anbarı
Layihə çərçivəsində verilənlər anbarı və müxtəlif mənbələrdən alınan verilənlərdən istifadə etməklə daxili hesabatlılıq sistemi yaradılıb.
Daxili hesabatlılıq sistemi həm təsdiq edilmiş formalar, həm də qərarın təhlil edilməsi və dəstəklənməsi üçün hesabat yaratmağa imkan verən Oracle BI alətlərindən istifadə etməklə tətbiq edilir.
12. Vergi ödəyici xidmətləri
Modul hesabat formaları – patentlər, ƏDV qeydiyyat möhürləri və aksiz möhürləri ilə işləməyə imkan verir.
Modulun əsas xüsusiyyətləri aşağıdakılardır:
- Hər bir ərazi üzrə vergi orqanının hesabat formaları ehtiyacının analizi və nəzarətdə saxlanılması;
- Formaların səlahiyyətli vergi orqanına çatdırılması;
- Forma paketlərinin ərazi üzrə vergi orqanlarına verilməsi;
- Formaların ərazi üzrə vergi orqanlarında səlahiyyətli işçilərə paylanması;
- Formaların vergi ödəyicisinə təqdim edilməsi;
- Formaların axtarışı.
13. Administrasiya
Modul aşağıdakı xüsusiyyətlərə malikdir:
- Ümumi sistem sazlamalarının idarə edilməsi;
- İstifadəçilərin fəaliyyətlərinin loqlanması;
- İstifadəçi və hüquqların idarə edilməsi;
- Xarici əlaqələrin loqlanması;
- Tarixçələrin yadda saxlanılması;
- Soraqçalarla iş.
14. FormGenerationEngine
Sistem cədvəl şablonlarına əsaslanan veb-formalar yaradan FormGenerationEngine təmin edir. Şablonlara daxiletmə formalarının dizaynı, verilənlər bazası sahələrinin mapping-i və verilənlərin daxil edilməsi və emalı qaydaları daxildir.
Şablonlara eyni zamanda daxiletmə formalarının dizaynı, interfeys sahələrinin mapping-i və verilənlərin daxil edilməsi, təsdiqlənməsi və emalı qaydaları daxil ola bilər.
15. Üçüncü tərəfə inteqrasiya
Sistemdə qeydiyyat modulunun funksionallığını başqa proqram vahidləri (başqa proqramlar, təşkilatlar və s.) ilə bölüşdürən xüsusi veb-xidmət yaradılıb. Bu xidmət sistemin “Vahid pəncərə” sistemi ilə inteqrasiyasını təmin edir. Veb-xidmət yeni qeydiyyatı dəstəkləmək (yeni VÖEN-in yaradılması ilə), qeydiyyata dəyişiklik etmək və vergi ödəyicilərini ləğv etmək imkanlarına malikdir. Bu veb-xidmət qeydiyyat modulundakı qaydalardan istifadə edir.
ETL aləti. ETL aləti olaraq Oracle Data Integrator təklif olunur. Oracle Data Integrator Enterprise Edition 12с verilənlərin yüksək effektivliklə ötürülməsini, eləcə də açıq və inteqrasiya olunmuş E-LT arxitekturası ilə korporativ platformalar arasında çevrilməsini təmin edir. Yeni verilənlər tendensiyalarının və üstünlüklərin meydana çıxması ilə Oracle Data Integrator Enterprise Edition Big Data, eləcə də verilənlər anbarı, xidmət oriyentasiyalı arxitektura və biznes-analiz kimi təşəbbüslərin mobilizasiyası üçün həlledici əhəmiyyətə malik olur. İstifadə baxımından asan interfeys və zəngin genişləndirmə imkanına malik olan Oracle Data Integrator Enterprise Edition məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və verilən oriyentasiyalı arxitekturalar arasında ümumi dəyəri aşağı salmağa imkan verir.