Azenru

Verilənlər Anbari Və Analitik Hesabatliliq Sistemi

Həllin təyinatı

Mərkəzi Bankın kredit və maliyyə məlumatları və onların dəyişiklik tarixçələri ilə əlaqədar verilənləri əks etdirən Oracle verilənlər anbarı istifadəçilərin tələb olunan müddət (və ya tələb olunan tarix) üzrə müvafiq bölmə, profil və tələb olunan formatda (cədvəl, matris, qrafik və s.) zəruri analitik informasiyaları əldə etməsinə (proqramçıların köməyi olmadan) imkan verən Oracle Business Intelligence əsaslı təkmilləşdirilmiş analitik hesabatlılıq sisteminə malikdir. Bu həll Bank Nəzarəti üzrə Menecment İnformasiya Sistemi, Verilənlər Anbarı və Analitik Hesabatlılıq Sistemi və Hökumət Ödəniş Portalı layihələri çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankında müvəffəqiyyətlə tətbiq olunub. Sistem eyni zamanda böyük verilənlər bazasına malik olan bütün informasiya sistemlərinə, xüsusi hallarda ödəniş sistemləri, vergi idarəetməsi və xəzinədarlıq sistemlərinə, eləcə də regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar informasiya sistemlərində və s. tətbiq edilə bilər.

Sistemin arxitekturası:

 

Proqram təminatının komponenti

Təyinatı

OBI interfeysi

Əsas BI proqramı

Verilənlər anbarı

Əsas BI verilənlər bazası

Portalın interfeysi

Veb-proqram

Portalın verilənlər bazası

Relyasiyalı verilənlər bazası

Mobil BI

Mobil proqram

BI naviqasiyası

Naviqasiya proqramı

  • Analitik hesabatlılıq sisteminə müraciət internet portalı vasitəsilə həyata keçirilir və alətlər paneli formasında göstərilir. Bu cür panellər fərdi icazələrə əsaslanır və çoxsaylı informasiya elementlərindən ibarət olur (ümumi cədvəl və ya sxem formatında). Sistemi təşkil edən platforma İT məhsulları bazarında mütləq lider hesab olunur. Əsas xüsusiyyətləri aşağıdakılardır:

    • Müxtəlif relyasiya strukturlu verilənlər bazalarının idarəetmə sistemlərinin verilənlərini, korporativ proqramları, OLAP və strukturlaşdırılmamış verilən mənbələrini birləşdirməyə imkan verən vahid informasiya forması;
    • Kompleks informasiya mənbələrini sadə, aydın və vahid formada modelləşdirməyə imkan verən korporativ informasiya modelinin olması;
    • Korporativ istifadəçilərin müxtəlif kanallar vasitəsilə müxtəlif qurğularla eyni zamanda lazımi anda lazımi informasiyalara müraciət etmə imkanını təmin edən hərtərəfli biznes anlayışı;
    • Verilənlər (informasiya nümunələri) daxilində gizli analitik informasiyanın əldə edilməsi əsasında qərar qəbuletmənin dəstəklənməsi;
    • İlkin verilənlərdən naməlum, qeyri-trivial, obyektiv, qiymətli və aydın informasiyaların ayrılması;
    • Aydın olmayan və strukturlaşdırılmamış informasiyaların silinməsi və istifadəçi üçün rahat formada təqdim edilməsi;
    • Korporativ istifadəçilərə keçmiş müddət üzrə verilənləri və cari informasiyanı uyğunlaşdırmaq imkanı verən vaxtlı-vaxtında proqnozlaşdırma;
    • Qabaqcıl idarəetmə imkanları;
    • Qısa zaman intervalında yüksək effektivlik.
  • Bu həll müəssisələrin məhsuldarlığının idarə edilməsi (EPM – Enterprise Performance Management) üçün zəruri əsası təmin edən biznes-analiz platforması hesab olunur. Hazırda OBIEE Plus dəyişikliklər, eləcə də çoxaspektli verilən mənbələrinin (Essbase kimi) inteqrasiyası və müştəri yönümlü sorğu və hesabat yanaşmalarından ibarət olan Oracle biznes-analiz məhsulları arasında axırıncı modifikasiyadır. OBIEE Plus müxtəlif relyasiya strukturlu verilənlər bazalarının idarə sistemlərinə (Microsoft, OracleTeradata daxil olmaqla) uyğunlaşdırıla bilir. Bu paket standart çoxqatlı struktura əsaslanır. Relyasiyalı, çoxaspektli strukturlarla, XML və başqa strukturlarla sıx inteqrasiya onun əsas xüsusiyyəti hesab olunur. İdarəetmə imkanı və hesabatların müxtəlif formatlarda (.pdf, .doc və .xls daxil olmaqla) çap edilməsi də müxtəlif istifadəçilər üçün böyük əhəmiyyət kəsb edir.

    Məhsul çox sayda fraqmentasiyalı sistemi davamlı biznes-prezentasiyalarda birləşdirmək və müştəriləri daxiletmədən istifadəyə sürətli keçid imkanı ilə təmin etməklə asanlıqla müvafiq informasiya arxitekturasına uyğunlaşdırılır. Məhsul verilənlər mənbələrinin ilkin strukturunu saxlamaqla şirkət haqqında son məlumatın aydın şəkildə görülməsini təmin edir.

    Sistemin əsas komponentləri aşağıdakılardır:

    • Oracle BI serveri – müxtəlif qeyri-bircins mənbələrin verilənlərini inteqrasiya edən yüksək effektivliyə malik analitik serverdir;
    • Müəssisənin ümumi informasiya modeli – BI serveri üçün semantik model;
    • Analitik proqram.
  • BI Analytics – Analiz təşkilatın biznesin tələblərinə cavab verən verilənləri üzrə sorğudan ibarətdir. Sorğu Oracle BI serverindən buraxılan əsas SQL sorğusundan ibarətdir. Analiz informasiyanı tədqiq etməyə və verilənləri cədvəllər, qrafiklər, ümumi cədvəllər və s. şəklində təsvir etməyə imkan verir. Analiz nəticələrini yadda saxlaya, təşkil edə və paylaşa bilərsiniz. Yaratdığınız analizlər Oracle BI Presentation kataloqunda saxlanıla və istənilən Oracle BI EE panelinə inteqrasiya edə bilər. Analizləri qrafiklər, yekun forma, hesablanan elementlər və hazırlıq kimi funksiyaların hesabına genişləndirmək olar.

    BI Publisher bütün hesabat və sənədlərin ənənəvi hesabatlılıq vasitələrindən daha asan və sürətli formada yaradılması, idarə edilməsi və ötürülməsi ilə əlaqədar həldir. Veb-brauzer və ya iş stolu alətlərindən istifadə etməklə, demək olar ki, bütün verilən mənbələri əsasında müştərinin emal edilmiş sənədlərindən interaktiv idarəetmə sənədlərinə qədər bütün sənədlər yaradıla bilir. Hesabatlara onlayn rejimdə baxmaq, onları planlaşdırmaq və əməliyyat sistemlərinə minimal dərəcədə təsir etməklə saatda on minlərlə sənəd göndərmək mümkündür.

    Ümumi müəssisə modeli (Modelləşdirmə üçün inzibati alət) – OBIEE serverinin idarə edilməsi üçün Oracle BI-ın idarəetmə vasitəsindən istifadə edilir. O, anbarın onlayn və ya oflayn rejimdə yaradılması və redaktə edilməsi üçün istifadə edilə bilən Windows proqramıdır. İdarəetmə vasitəsinə eyni zamanda onlayn rejimdə müraciət oluna bilən seans administratorları və keş-dispetçerləri daxildir.

    ETL aləti. ETL aləti olaraq Oracle Data Integrator təklif olunur. Oracle Data Integrator Enterprise Edition 12с verilənlərin yüksək effektivliklə ötürülməsini, eləcə də açıq və inteqrasiya olunmuş E-LT arxitekturası ilə korporativ platformalar arasında çevrilməsini təmin edir. Yeni verilənlər tendensiyalarının və üstünlüklərinin meydana çıxması ilə Oracle Data Integrator Enterprise Edition Big Data, eləcə də verilənlər anbarı, xidmət oriyentasiyalı arxitektura və biznes-analiz kimi təşəbbüslərin mobilizasiyası üçün həlledici əhəmiyyətə malik olur. İstifadə baxımından asan interfeys və zəngin genişləndirmə imkanına malik olan Oracle Data Integrator Enterprise Edition məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və verilən oriyentasiyalı arxitekturalar arasında ümumi dəyəri aşağı salmağa imkan verir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız