Azenru

Avtomatlaşdırılmış Fərdi Uçot Sistemi




Fərdi uçot sisteminə daxil olan məlumatların effektiv işlənməsi üçün sistem daxilində üç səviyyə yaradılmışdır: rayon, region və mərkəz. Verilənlər bazası regional və mərkəzi səviyyələrdə yaradılır. Verilənlər bazasının mənbəyi standart formaların kağız variantının elektron surəti əsasında yaradılmış XML-fayllardır.

İslahatların məqsədləri aşağıdakılardır:

  • Məşğul əhalinin qeydiyyatının aparılması;
  • Bütün kateqoriyalar üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatının aparılması;
  • İş stajının, güzəştlərin, müxtəlif ödənişlərin uçotu və onlara nəzarət;
  • Hər bir sığortaolunanın əmək fəaliyyətinə uyğun təqaüdün hesablanması;
  • Sığortaolunanların tələbi ilə məlumatın təqdim olunması.

Sosial sığorta islahatları ilə əlaqədar qarşıda duran vəzifələr verilənlər bazası ilə əlaqədar xüsusi tələblər irəli sürür. Belə ki, verilənlər bazasında qeydiyyatdan keçmiş hər bir şəxs haqqında identifikasiya məlumatları saxlanmalıdır. Verilənlər bazasında, həmçinin, sığortaolunanların aylıq sosial sığorta ödənişləri üzrə məlumatlar da yerləşdirilir. Məhz buna görə sistemdə ORACLE bazasında mürəkkəb arxivləşdirmə sisteminin yaradılması nəzərdə tutulmuşdu.  

XML-fayllar əsasında regional səviyyədə və bir neçə inzibati rayonu əhatə edən verilənlər bazası yaradılır. Yoxlamadan keçmiş və düzgünlüyü şübhə doğurmayan XML-fayllar mərkəzi səviyyəyə ötürülür və daha bir yoxlama prosedurundan sonra mərkəzi verilənlər bazasına daxil edilir. Rayon səviyyəsində verilənlər bazası həmin rayon çərçivəsində olan XML-fayllardan yaradılır. Rayon və mərkəz səviyyələri arasında məlumat mübadiləsi mümkün olan formatda həyata keçirilir. Bu ya onlayn, ya dial-up rejimində, ya da elektron daşıyıcı vasitəsilə ola bilər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız