Azenru

Elektron Sənəd Dövriyyəsi Sistemi və Arxiv

Elektron sənəd dövriyyəsi sistemi korporativ sənədlərin, işçilərin kollektiv işinin idarə edilməsi üçün nəzərdə tutulub.

SİNAM iki müxtəlif Müəssisə Kontentinin Menecmenti (Enterprise Content Management (ECM) platformasında - Opentext Documentum və Alfresco ECM platformalarında Sənəd Dövriyyəsi Sistemini təklif edir. Hər iki platforma Müəssisə Kontentinin Menecmenti üzrə proqram təminatları bazarında lider platformalardır.

  • Opentext Documentum

    Həllin təsviri

    Opentext Documentum istənilən növ informasiya ilə kollektiv işin təmin edilməsi ilə əlaqədar vahid vasitə və üsulları tətbiq etməyə imkan verir və onun korporativ sistemin istənilən istifadəçisinə və xarici kontragentə çatdırılma imkanını təmin edir. Platforma məzmun (qrafik təsvir, veb-səhifə, elektron çertyojlar və s.) yaratmaq üçün istənilən istifadəçi proqramı – korporativ portal, ofis proqramları, eləcə də ERP (Enterprise Resource Planning), CRM (Customer Relationship Management)PDM (Product Data Management ) sistemlərindən informasiyanın alınmasını təmin edir.

    Opentext tədqiqatlarının nəticələri ECM tarixində sistemin 12 saatdan artıq müddətdə böyük həcmdə məzmunun idarə edilməsi ilə əlaqədar müxtəlif əməliyyatlarda iştirak edən 100000 istifadəçisinin işinin nəticələrini əks etdirən ən böyük tədqiqatlardan biridir. Bu zaman məzmunun idarə edilməsi ilə əlaqədar daha tez-tez yerinə yetirilən əməliyyatlardan ibarət olan tranzaksiyalar yerinə yetirilir.

    Tədqiqatlar nəticəsində aşağıdakı nəticələr alınıb:

    • Eyni qoşulma zamanı 100 000 istifadəçi
    • Saatda 748 000 tranzaksiya
    • Orta cavablandırma vaxtı – 0,86 san
    • Proqramın serverinə saniyədə 878 müraciət

    İnzibatlaşdırma, kastomizasiya və başqa korporativ sistemlərlə inteqrasiya sadə və operativ şəkildə həyata keçirilir.

    Sistem sənədlərin hərəkət sxemlərinin istənilən kombinasiyasını təşkil etməyə imkan verən proqramlardan təşkil olunub. Platformanın həll və imkanları istənilən mürəkkəbliyə malik təşkilati strukturu olan şirkətlərdə, eyni zamanda filial və alt şirkətlər şəbəkəsində vahid sistemin işini təmin edir.

    Sistemin arxitekturası:

    Proqram təminatının komponentləri

    Təyinatı

    Giriş

    Sənədin kağız və ya istənilən elektron forması

    Prosesin gedişi

    Rəy, icra və təsdiq üçün təqdim edilmə imkanı

    Nəticə

    İndeks serverindən istifadə zamanı kontekst axtarışı, sənədlərin dövriyyəsi ilə əlaqədar analitik hesabatlılıq, icra prosesinə nəzarət, audit, təhlükəsizlik

    Proqram serveri

    İstifadəçinin sənəd dövriyyəsi sistemi ilə işləməsi üçün nəzərdə tutulmuş veb-proqram yerləşdirilib.

    Kontent serveri

    Kontent (sənədlər) yerləşdirilib.

    Verilənlər bazası

    Sənədlərin əlavə verilənləri

    İndeks serveri

    Kağız sənədlərin skanlanması və tanınmasından sonra, eləcə də sistemə daxil olan bütün başqa elektron sənədlərdən alınan indekslənmiş verilənlər

    • Sistem istifadəçinin ən mürəkkəb tələblərinin (məsələn, milyardlarla obyektin və yüz terabaytlarla verilənlərin saxlanılması) yerinə yetirilməsini təmin edir, böyük həcmdə materialın effektiv şəkildə idarə edilməsinə imkan verir və çox sayda istifadəçinin eyni vaxtda işləməsini asanlıqla dəstəkləyir.

      • Sistemdə informasiyanın şifrlənməsi, müraciət imkanına nəzarət, verilənlərin rəqəmsal məhv edilməsi daxil olmaqla təhlükəsizlik tədbirlərindən istifadə edilir. Texnologiyalar informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün normativ tələblərə cavab verir.
      • LDAP-a inteqrasiya;
      • Full text search – Ayrı indeksləşdirmə serverinin işi fonunda ətraflı axtarış;
      • Version control – Yeni versiyaların əlavə edilməsi və köhnə versiyaların saxlanması;
      • Permission set – Proseslərdə bu və ya digər sənədlə əlaqədar səlahiyyətlərin ötürülmə imkanı;
      • SQL əvəzinə DQL Security enforcement-dən istifadə – Verilənlərin seçilməsi zamanı yalnız istifadəçinin səlahiyyəti olan sənədlərin verilənləri əks olunur.
      • CMIS (Content Management Interoperability Service) standartı – Kontentin idarə edilməsi standartlarına uyğun gələn dünya miqyaslı standartlardan biridir. Dünyanın aparıcı platformaları ilə inteqrasiyaya imkan verən standart veb-servis mövcuddur (IBM, EMC, Microsoft, Alfresco, Oracle, Open text və s.).
      • Content Transformation Services – İstənilən növ sənədlərin formatlarının transformasiyası;
      • DFC – Documentum Foundation Services – Açıq (OpenSource) kodlaşdırma, müxtəlif tip sənədlər yaratma imkanı;
      • FTP, EMAIL, Web Service“Mapping” vasitəsilə inteqrasiya imkanı.

    • Sistem vahid elektron sənəd dövriyyəsinin təşkil edilməsi ilə əlaqədar olan bütün imkanları əhatə edir:

      • Sənədlərin versiyalarının yaradılması daxil olmaqla işçilərin sənədlər üzərində kollektiv işi;
      • Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;
      • Elektron imza vasitəsilə imzalama;
      • Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;
      • Sənədlərin işçilərə göndərilməsi;
      • Sənədin tam tarixçəsi;
      • Prosesin digər iştirakçıları tərəfindən hər hansı davranışlar haqqında müxtəlif tip xəbərdarlıqlar;
      • Müraciət hüquqlarının bölüşdürülməsi;
      • Çoxsəviyyəli razılaşdırma prosedurası;
      • Sənəd və sərəncamların icrasına nəzarət;
      • Reqlamentləşdirilmiş və analitik hesabatların yaradılması;
      • Atributlar üzrə axtarış;
      • Geniş audit imkanları;
      • Əvvəlcədən tanınmış və indeksləşdirilmiş verilənlər fonunda kontekst axtarışı.

  • Alfresco Content Repository

    Həllin təsviri

    SİNAM Kontentin İdarə Edilməsi Sistemi bütün informasiya kontentinizi idarə etməklə əlaqədar başlıca imkanlara malik olan müəssisə kontentinin idarə edilməsi sistemidir. Sistem texnoloji proseslə əlaqədar bütün verilənləri idarə etmək və nəzarətdə saxlamaq, eləcə də biznes-prosesləri avtomatlaşdırmaq üçün davamlı, miqyaslanan, dayanmadan işləyən və genişlənən arxitektura təmin edir. SİNAM Kontentin İdarə Edilməsi platforması güclü və xidmətə əsaslanan kontent anbarı olan Alfresco anbarına əsaslanır. Alfresco texnologiyaları anbara müraciət imkanı yaradır və olduqca dəqiq autentifikasiya, avtorizasiya və audit vasitəsilə uyuşanlığı təkmilləşdirir. Sistem tamamilə veb-skript texnologiyası ilə yaradılmış veb əsaslı kliyent təklif edir. Veb-kliyent asan müraciət olunan və asan istifadə edilən, ancaq kontentin idarə edilməsi, verilənlərin axtarışı tulları, texnoloji prosesin idarə edilməsi, sistem administrasiyası tulları, birgə funksiyalar (təqvimlər və istifadəçi qeydləri kimi) və bir çox başqa imkanlar baxımından güclü interfeys təmin edir.

    SİNAM Kontentin İdarə Edilməsi Sistemi

    Alfresco Kontent Anbarı SİNAM Kontentin İdarə Edilməsi Sisteminin əsasını təşkil edir. Kontent Serveri istifadəçilərə kontent yaratmaq, əldə etmək, idarə etmək, çatdırmaq və arxivləşdirmək imkanı verən başlıca funksionallıqdır. Kliyentlər sistemin serveri və onun servisləri ilə çoxsaylı dəstəklənən protokollar vasitəsilə əlaqə yaradırlar. CIFS, FTP, WebDAV, IMAP və Microsoft SharePoint protokolları tətbiqi giriş imkanı təklif etdiyi halda HTTP və SOAP proqramla idarə olunan giriş imkanları təklif edir.

    SİNAM Kontentin İdarə Edilməsi Sistemi kontent və metaverilənlər üçün bir anbar təmin edir. Kontent anbarı daha çox verilən saxlamaq imkanına malik olsa da, verilənlər bazası ilə oxşardır. Faktiki binar kontentlər anbarda idarə edilən fayllarda saxlanılır, ancaq bu fayllar yalnız daxili istifadə üçündür və ümumi interfeyslər vasitəsilə görə bildiklərinizi əks etdirmir. Anbarda eyni zamanda kontent elementləri arasında əlaqələr, təsnifatlar və qovluq / fayl strukturu da saxlanılır. Qovluq / fayl strukturu verilənlər bazasında saxlanılır və daxili fayl saxlama strukturunda əks olunmur. Fayl sistemi çox geniş kontent, ixtiyari müraciət, axınla ötürmə və müxtəlif yaddaş qurğuları variantları təmin etməklə kontentin saxlanmasını həyata keçirir.

    Kontent anbarının bir sıra başlıca funksiyaları aşağıdakılardır:

    • Kontentin strukturunun təyin edilməsi (modelləşdirmə)
    • Kontentin, əlaqədar metaverilənlərin və əlaqələrin yaradılması, modifikasiyası və silinməsi
    • Kontent sorğusu
    • Kontentə müraciətin idarə edilməsi (icazələr)
    • Kontentin versiyalarının yaradılması
    • Kontentin yerinə yetirilməsi
    • Kontent tipinin transformasiyası
    • Bloklama
    • Hadisələr
    • Auditlər
    • İdxal / İxrac
    • Çoxdillilik
    • Əməliyyatlar

    Kontent anbarının funksiyaları

Seçmə Proqram Təminatı

Partnyorlarımız