SINAM CİS verilənlər bazası
Həllin təyinatı
- CİS verilənlərinin toplanması və saxlanması üçün nəzərdə tutulub.
- Coğrafi verilənlərin toplanması və idarə edilməsi üçün nəzərdə tutulub.
- 6 ildən artıqdır, istifadə olunur.
Xəritə nümunələri
Yaşayış məntəqələri (Azərbaycan) Yollar, göllər, yaşıllıq əraziləri (Azərbaycan)
İnzibati bölgü (Azərbaycan və Gürcüstan) Torpaqdan istifadə (Bakı)
Fayl formatları
Verilənlər bazaları aşağıdakı formatlarda çıxışı dəstəkləyir:
- ESRI Personal Geodatabase – Azərbaycan dili simvollarından ibarət UNICODE sətrini saxlamaq imkanı ilə əlaqədar olaraq üstünlük verilən formatdır.
- ESRI Shape (SHP / UTF-8/ daxil olmaqla) – Populyarlıq baxımından üstünlük verilən formatdır.
- ESRI XML Record set və Workspace – Azərbaycan dili simvollarından ibarət UNICODE sətrini saxlamaq imkanı ilə əlaqədar olaraq giriş-çıxış üçün XML-ə əsaslanan formatdır.
- Custom Formats – Naviqatorlar, izləmə qurğuları və başqa alətlər üçün spesifik formatlardır.
- Coğrafi genişlənməyə malik SQL (WKT formatları) – Coğrafi genişlənməni dəstəkləyən verilənlər bazaları üçün istifadə edilə bilər.
Koordinat sistemi və vahidləri
CİS verilənlərinin dəqiq emalı üçün Transverse Mercator-a əsaslanan spesifik lokal metrik proyeksiya və WGS84 sferoidindən istifadə edilir.
Daxiletmə məlumatları aşağıdakı proyeksiyalarda ola bilər:
- WGS84 en dairəsi / uzunluq dairəsi;
- UTM;
- Keçmiş SSRİ (Gauss Krueger, Krasovsky sferoidi);
- İstənilən dəstəklənən ESRI ArcGIS proyeksiyaları.
Mətnin kodlaşdırılması – Mümkün olduqca Unicode (UTF-8) istifadə edilir.
Adlar 5 dildə verilir – Azərbaycan, ingilis, gürcü, rus və türk.
Yollar və yol şəbəkəsi
Avtomobil yolları aşağıdakı tiplər əsasında strukturlaşdırılıb:
- Avtomagistrallar;
- Şose;
- Yerli əhəmiyyətə malik yollar;
- Sahə yolları;
- Torpaq yollar;
Avtomobil yolları marşrutların axtarışı və coğrafi kodlaşdırmada istifadə edilmək üçün nəzərdə tutulmuş kompleks atributlarla strukturlaşdırılıb:
- Təsviri atributlar;
- Naviqasiya şəbəkəsi atributları;
- Məhdudlaşdırıcı atributlar;
- Ünvanlandırma atributları;
- Şəbəkə və alt şəbəkələrin strukturları.
Vektor xəritələr üçün aşağıdakılar üzrə məlumatlardan ibarətdir:
- Turizm obyektləri, təhsil müəssisələri, tibb və ticarət məntəqələri, təsvirləri, şəkilləri, ünvanları və əlaqə məlumatları ilə birlikdə nəqliyyat daxil olmaqla əhəmiyyətli yerlər;
- İnzibati bölgü strukturu və inzibati ərazinin sərhədləri;
- Şəhərlər, qəsəbələr, kəndlər və s.
- Binalar və küçə ünvanları;
- İnfrastruktur, təsvirlər və yol hərəkəti qaydaları daxil olmaqla avtomobil yolları şəbəkələri;
- İctimai nəqliyyat, piyada və turistlər üçün atlı marşrutları daxil olmaqla marşrutlar;
- Su sahələri, yaşıllıq ərazilər;
- Dəmir yolları;
- Torpaqdan istifadə (müəyyən ərazilərdə).
Vektor xəritələr üçün aşağıdakılar üzrə məlumatlardan ibarətdir:
- Azərbaycan;
- Gürcüstan;
- Türkiyə;
- Xəzər dənizi (dərinliklərin və əhəmiyyətli yerlərin göstərilməsi ilə);
- Qara dəniz (yalnız su sahəsi).
Rastr xəritələr üçün məlumatlardan ibarətdir:
Aşağıdakılar üçün informasiya təmin edir:
- GoMap.az və GoMap.ge internet portalları;
- Yollar.Az GPS izləmə xidmətləri;
- Yollar.Az portativ naviqasiya qurğuları;
- Torpaqdan istifadə registri;
- Nəqliyyat sistemləri registri;
- Başqa müştərilər.
Həllin üstünlüklərinə aşağıdakılar daxildir:
- Çoxdilli verilənlər bazası;
- Aşağıdakılar üzrə analoji strukturda inteqrasiya olunmuş ətraflı xəritələrin məzmunu:
-
- Azərbaycan;
- Gürcüstan;
- Türkiyə;
- Böyük xəritələr üçün bu verilən strukturu geniş tətbiq imkanları açır.
- Aşağıdakılar üçün xüsusi kompleks verilən modelləri:
-
- İnzibati bölgü və küçələrin ünvanlandırılması;
- Yol hərəkəti qaydaları daxil olmaqla yol şəbəkələri;
- Böyük həcmli verilənlər formatlarını dəstəkləyir.
Həllin arxitekturası
Aşağıdakılar daxil olmaqla kliyent / serverin arxitekturası:
- 2 CİS serveri;
- 18 ArcMap iş stansiyası;
- 2 peşəkar MapInfo iş stansiyası.
Vektor xəritə serveri
Vektor xəritələr üçün verilənlərin saxlanılması və redaktə edilməsini təmin edir.
- ESRI Arc Server
- Postgres SQL / Post GIS
- CentOS Linux Server
Rastr xəritə serveri
Rastr xəritələr üçün verilənlərin və kosmosdan çəkilən şəkillərin saxlanılmasını təmin edir.
- ESRI Arc Server
- Postgres SQL / Post GIS
- CentOS Linux Server
İş stansiyaları
Vektor və rastr xəritələr üçün verilənlərin redaktə edilməsi və idarə edilməsini təmin edir.
- ESRI ArcMap
- MS Windows 7 iş stansiyası
MapInfo iş stansiyası
Vektor xəritələr üçün verilənlərin MapInfo formatında saxlanılması və redaktə edilməsini təmin edir.
- MapInfo Professional
- MS Windows 7 iş stansiyası