Azenru

Uğur fəlsəfəmiz

SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən şirkətlərdəndir və 1994-cü ildən sözügedən bazarın liderlərindən biri hesab edilir. Şirkət Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təminatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes-proseslərin effektivliyinin artırılması və onların optimallaşdırılması, həmçinin dövlət idarəçiliyinin və yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəlmişdir.

SİNAM şirkətinin əsas iş prinsipləri:

  • Əməkdaşlıq münasibətlərinə sadiqlik;

  • Fəaliyyətin hər bir istiqamətində peşəkarlıq;

  • Öz rəqabət üstünlükləri və şərait hesabına planlaşdırılmış məqsədlərə nail olmaq.

SİNAM şirkətinin uğurunun əsas tərkib hissələri:

  • Şirkət dəqiq inkişaf strategiyasına görə Azərbaycanın İT-bazarının ən perspektivli seqmentlərini və regionun bazarlarını hədəf götürmüşdür;

  • Yüksək texnologiyalı avadanlıqların beynəlxalq istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq;

  • Azərbaycanı və region ölkələrini əhatə edən geniş və etibarlı tərəfdaş şəbəkəsi;

  • Uzunmüddətli əməkdaşlığın zəmanəti kimi hər bir müştərinin ehtiyac və məqsədlərinə böyük diqqət;

  • Fəaliyyət sahəsinin unikal öyrənilmə səviyyəsi, peşəkar proqramçıların və digər sahələr üzrə mütəxəssislərin 20 illik praktiki vərdişləri.

Seçmə Proqram Təminatı

Partnyorlarımız