SİNAM MMC regionda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan SİNAM aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. Hal-hazırda, SİNAM yerli İKT bazarının liderlərindən biridir. SİNAM regionun ilk İT-şirkətlərindən biri olaraq 1994-cü ildə yaradılmışdır. O, 1998-ci ilin iyul ayından Amerika Ticarət Palatasının üzvüdür. SİNAM Azərbaycanın İKT sənayesini Avropanın ən böyük İKT sərgisində – Hannoverdə keçirilən CeBIT 2005 sərgisində təmsil edən ilk Azərbaycan şirkətidir. Şirkət çoxlu sayda beynəlxalq tədbir və sərgilərdə iştirak etmişdir. Bunlara Birləşmiş Ərəb Əmirliklərində GITEX (2006), Rusiyada ExpoCom (2006), Azərbaycanda BakuTel (2003), İsveçrədə ITU World Telecom (2009) daxildir. İki dekabr 2005-ci il tarixində SİNAM ISO 9001:2000 standartı üzrə sertifikasiyadan uğurla keçmiş və bu yaxınlarda bu sertifikasiyanı ISO 9001:2008 standartı ilə əvəz etmişdir. Şirkət durmadan fəaliyyət dairəsini genişləndirməkdədir. Getdikcə daha çox tenderlərdə qalib olaraq, SİNAM artıq Qırğızıstan və Gürcüstanda da beynəlxalq şöbələr yaratmışdır.
Missiyamız... Transxəzər Regionunda İKT üzrə aparıcı şirkət olmaq, innovasiyalı və relevant İKT həlləri ilə bağlı təcrübəmizi iftixarla dünyaya yaymaq. Şirkətin fəaliyyəti regionun müxtəlif təşkilatlarında biznes proseslərinin effektivliyinin artırılması və optimallaşdırılması, eləcə də dövlət idarəçiliyinin və cəmiyyətdə informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəldilmişdir.