Azenru

GoMap.az və GoMap.ge internet portalı

Həllin təyinatı

GoMap.azGoMap.ge internet portalı SİNAM şirkəti tərəfindən əhali və turistlərin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün yaradılıb.

Portal bir neçə sayt və internet xidmətini bir veb-portalda birləşdirir. O, eyni zamanda cari informasiyanın fərqli həllərə çatdırılması üçün internet xidmətləri də təmin edir.

Beş ildən artıqdır ki, portal istifadə olunur.


Həllin arxitekturası

SOA / Veb-xidmət / Kliyent-Server

Proqram təminatı:

  • MS Windows serveri;
  • Veb-proqram;
  • MS SQL serveri.

  • Xəritənin məzmunu:

    • 112 000 görməli yer və müvafiq informasiya (şəkillər, təsvir və s.);
    • 98 000 km yol (xarakteristikaları, vəziyyətləri və yol hərəkəti qaydaları daxil olmaqla);
    • 8 480 yaşayış məntəqəsi;
    • 1 100 000 bina və obyekt;
    • 80 yaşayış məntəqəsi üzrə poçt məntəqələri daxil olmaqla küçə ünvanları haqqında tam məlumat;
    • 5 200 tarixi obyekt, turizm obyekti və abidə (təsvir, fotoşəkil, video və s.);
    • 24 000 km2 meşə, bağ və başqa yaşıllıq zonası;
    • 14 000 km2 göl, rezervuar, çay və başqa su sahələri.

    Bu həllin istifadə olunduğu proqram və təşkilatlar:

    • Azərpoçtun poçt xidməti ilə inteqrasiya;
    • Taksi xidməti ilə inteqrasiya;
    • İctimai nəqliyyat şəbəkəsi ilə inteqrasiya;
    • Dövlət inzibati-ərazi bölgüsü və küçə ünvanları üzrə verilənlər modeli;
      • Yol naviqasiyası şəbəkəsinin verilənlərinin strukturu;
      • İnternet və mobil proqramlar.

    “Info” modulu:

    • Azərbaycan və Gürcüstanın ən ətraflı və geniş saytı;
    • Coğrafi obyektlərin təsviri;
    • Multimedia informasiyaları: hipermətn, fotoşəkillər, audio, video;
    • Məkan, ünvan, telefon və s. haqqında informasiya.

    Analitik mətn axtarışı:

    • Xüsusi işlənib hazırlanmış alqoritmdən istifadə edilir;
    • Bir sətirlik mətn sorğusundan istifadə edilir;
    • Üç dildə (Azərbaycan, ingilis, rus) istifadə edilə bilir;
    • Yüksək səmərəlilik;
    • Uyğunluğa görə ayırma.

    Optimal marşrut göstəricisi (Optimal Path Finder):

    • Xüsusi işlənib hazırlanmış alqoritmdən istifadə edilir;
    • Yol hərəkəti qaydaları və hərəkət istiqamətinin təyin edilməsi üçün başlanğıc / son nöqtələrin sağ / sol tərəfi tətbiq olunur;
    • Piyadalar və müxtəlif nəqliyyat vasitələri üçün qısa yol hesablanır.

    Mobil proqram təminatı:

    • Mobil qurğular vasitəsilə informasiya və xidmətlərə müraciət etmək imkanı.
  • Həll aşağıdakı üstünlüklərə malikdir:

    • Azərbaycan və Gürcüstanda daha ətraflı xəritə və coğrafi verilənlər bazası;
    • Milli onlayn coğrafi informasiya sistemi;
    • Daxiletmə xətalarını nəzərə alan analitik mətn axtarışı;
    • Mövcud mexanizmlərlə müqayisədə güclü məntiq və üstünlüklərə malik olan optimal marşrut göstəricisi;
    • Müxtəlif həllərlə ikitərəfli inteqrasiyaya imkan verən açıq arxitektura;
    • İstifadəçi hüquqlarının idarə edilməsi, istifadəçilərin məlumatlarının dəstəklənməsi və istifadəçilərlə əks əlaqə;
    • Pulsuz və kommersiya əsasları ilə tətbiq edilmə;
    • Elektron hökumət həllərinin əsasını və bir hissəsini təşkil edir;
    • Startaplar və informasiya texnologiyaları sahəsinin inkişafı üçün əsas rolunu oynayır.

    Proqramın planlaşdırılmış istifadəsi və inteqrasiyası

    Açıq infrastruktura malik həllin aşağıdakı istiqamətlərdə istifadə edilməsi planlaşdırılır:

    • Şəhər administrasiyası – Ünvan reyestri, yer quruluşu proqramı, torpaq kadastrı, ictimai nəqliyyat proqramı, şəhər quruculuğu, su, elektrik, qaz təchizatı idarələri, qəza xidməti və s.
    • Kənd ərazilərinin abadlaşdırılması – Torpaqdan istifadənin planlaşdırılması, kənd təsərrüfatının inkişaf proqramı və s.
    • İnfrastruktur – Nəqliyyat, logistika, energetika və s.
    • Coğrafi baxımdan əlaqədar xidmətlər (Location Based Services) – Naviqasiya, reklam, əyləncə və s.
    • Tədqiqat – Sosiologiya, marketinq, ətraf mühitlə əlaqədar araşdırmalar və s.
    • Təhsil – Coğrafi məlumatlardan ibarət tədris proqramı və s.
  • Bu modullar GoMap.Az və GoMap.ge portalında birləşdiriliblər:

    • “Info” modulu – Veb əsaslı istifadəçi interfeysi və müasir veb-brauzerlərlə işləmək imkanına malikdir. Sorğular üçün başqa modullardan istifadə edir.
    • Online Web Mapper – Onlayn xəritələrin idarə edilməsi üçün xəritə fraqmentini göstərir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
    • Analitik mətn axtarışı – Daxili verilənlər bazasında axtarış təmin edir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
    • Optimal marşrut göstəricisi – Qısa yolun effektiv axtarışını təmin edir. Üçtərəfli həll üçün ayrıca xidmət kimi istifadə edilə bilər.
    • GoMap iOS proqramı – GoMap.Az və GoMap.ge xidmətləri üçün mobil iOS kliyenti;
    • GoMap Android proqramı – GoMap.Az və GoMap.ge xidmətləri üçün mobil Android kliyenti;
    • GoMap Mobile – İnternet əsaslı mobil istifadəçi interfeysi və mobil veb-brauzerlərlə işləmək imkanı təmin edir.
    • GoMap Travel – Səfərlərin planlaşdırılması üçün mobil iOS proqramı;
    • GoGuide – Yaxınlıqdakı obyektlərin tapılması və onlar haqqında məlumatların əldə edilməsi üçün iOS və Android proqramı.

Seçmə Proqram Təminatı

Partnyorlarımız