Azenru

Dövlət Gömrük Komitəsi rəhbərliyinin Xəzər-Avropa Klubunun üzvü olan şirkətlərin nümayəndələri ilə görüşü keçirilib.

Aprelin 30-da Bakıdakı “Avropa” otelində Xəzər-Avropa Klubunun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi rəhbərliyi və klubun üzvü olan şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, sədrin müavini Şahin Bağırov, komitənin aidiyyəti idarələrinin rəhbər şəxsləri, Almaniya, Çexiya, Bolqarıstan, Türkiyə və Qazaxıstanın Azərbaycandakı səfirliklərinin məsul şəxsləri və Xəzər-Avropa Klubunun üzvü olan bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşü Xəzər-Avropa Klubunun (CEIBC) baş icraçı direktoru Telman Əliyev açaraq, öncə rəhbərlik etdiyi qurumun məramı və fəaliyyəti barədə məlumat verib. O, diqqətə çatdırıb ki, klubun əsas məqsədləri – dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirmək, həmçinin neft sektorundan daxil olan gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım göstərməkdir.

Çıxışlardan sonra DGK rəhbərliyi Xəzər-Avropa Klubunun üzvü olan şirkətlərin nümayəndələrini maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.

Tədbirin sonunda CEIBC-in üzvü olan SİNAM şirkətinə Xəzər-Avropa Klubunun gümüş üzvlük sertifikatı təqdim edilib və iştirakçılar ənənəvi olaraq kollektiv şəkil çəkdiriblər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız