Azenru

Azərbaycan beynəlxalq İT sərgisində milli pavilyonla təmsil olunacaq

Azərbaycan 13-16 may tarixlərində Moskvada keçiriləcək 26-cı “Svyaz-Ekspokomm-2014” beynəlxalq informasiya texnologiyaları və kommunikasiya sərgisində milli pavilyonla təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə milli pavilyonda dövlət və özəl sektorun 20-dən artıq İT layihəsi və Azərbaycanın telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərkosmos” ASC, Ultra, Sinam, Dilmanc, Azercell, Azqtel, Azercell, Best Comp Group, nazirliyin tədqiqat mərkəzi, ASAN xidmət, Caspel, “Yüksək Texnologiyalar Parkı”, TASIM və s. öz həll və layihələrini təqdim edəcəklər.

“Svyaz-Ekspokomm-2014” sərgisi çərçivəsində sahə üzrə mütəxəssislərin, tənzimləyici orqanların, akademik və elmi dairələrin, eləcə də qlobal biznes nümayəndələrinin informasiya texnologiyaları sahəsindəki ən mühüm hüquqi, siyasi və iqtisadi məsələləri canlı dialoq rejimində müzakirə edəcəyi seminarlar, dəyirmi stollar və forumlardan ibarət geniş biznes proqramı həyata keçiriləcək.

Seçmə Proqram Təminatı

Partnyorlarımız