6 - 11 noyabr 2017-ci il tarixlərdə SİNAM MMC-də «Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları - FARABI» layihəsi çərcivəsində “SİNAM Müəssisə Resurslarının İdarə Olunması Sistemi - SERP” proqram təminatı üzrə təlimlər keçirilmişdir.
Təlimlərdə Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 Regional Mərkəzi üzrə (Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Ağdam, Goranboy, Göygöl, Sabirabad, Şüvəlan, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri) baş mühasiblər iştirak etmişdir. Təlim kurslarını müvəffəqiyyətlə başa vuran iştirakçılara Sertifikatlar təqdim olunmuşdur.