Azenru

Azərbaycanın İT-şirkətləri konsorsiumu Tanzaniyada keçirilən tenderə dəvət alıb

Azərbaycanın İT-şirkətlərinin də daxil olduğu konsorsium Tanzaniyada keçirilən tenderin ikinci mərhələsinə dəvət alıb.

Bu barədə Trend-ə konsorsiumdan bildirilib.

Əsas operatoru SINAM şirkəti olmaqla Azərbaycanın Cybernet, SİNAM və Bestcomp Group şirkətləri və yerli tərəfdaş qismində Tanzaniyanın MFI Document Solutions şirkətinin daxil olduğu konsorsium Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya Olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin tətbiqi üzrə keçirilən tenderdə iştirak edir.

Tenderdə iştirak etmək üçün SİNAM şirkətinin başçılıq etdiyi konsorsiumdan başqa həmçinin Keniya, Braziliya, Cənubi Afrika Respublikası, Kanada, Zimbabve və Lüksemburqdan olan ümumilikdə 8 şirkət öz təkliflərini təqdim edib.

Tenderin birinci mərhələsinin qiymətləndirilməsi artıq bitib və konsorsium öz təklifini təqdim etmək üçün növbəti mərhələyə dəvət alıb.

Konsorsium bu müsabiqədə qalib gəlmək və Azərbaycanın İT həllərini Afrika bazarına ixrac etmək üçün öz səylərini davam etdirəcək.

Seçmə Proqram Təminatı

Partnyorlarımız