Azenru

Azərbaycanda IX Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib

Oktyabrın 9-dan 11-dək “Bakı Ekspo Mərkəzi”ndə IX Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi keçirilib.

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər qurumların dəstəyi ilə keçirilən təhsil və karyera sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edib. Sərginin ekspozisiyasını müxtəlif fakültə və ixtisaslar üzrə tədris proqramları və kurslar təşkil edib. Bu il sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, ABŞ, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil təşkilatları iştirak ediblər. Sərgidə ilk dəfə iştirak etmiş xarici ali təhsil müəssisələri arasında İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Akademik S. P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu və digər təhsil müəssisələri olub.

Eyni zamanda, sərgi iştirakçılarının siyahısında Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, “CELT Colleges”, “F-Group Academy” və ölkənin bir sıra digər təhsil müəssisələri vardı.

Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Burada “Lukas-Nuelle”, SİNAM şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlığı, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunub.

Sərgidə “Azercell”, “Azersu”, "Azersun Holdinq", “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” və digər şirkətlər neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız