Azenru

Türkmənistan Azərbaycanın ASAN Xidmət modelini tətbiq etmək imkanını nəzərdən keçirir

Türkmənistan Azərbaycanın ASAN Xidmət modeli ilə maraqlanır.

ASAN Xidmət ölkənin ən böyük şirkətlərindən biri olan Garagumun dəstəyi ilə Türkmənistanda keçirilmiş Turkmentel 2015 sərgisində təqdim edilib.

ASAN Xidmətin Türkmənistanda tətbiq edilməsi ilə əlaqədar müsbət qərar qəbul edildiyi halda bu innovasiya modelinin realizasiyası üçün konsorsiumun yaradılması planlaşdırılır. Azərbaycan tərəfindən konsorsiumun tərkibinə SİNAM şirkətinin daxil edilməsi nəzərdə tutulur. SİNAM şirkəti Türkmənistanın ASAN Xidmət sistemi üçün elektron platformanın hazırlanması ilə məşğul olacaq.

Türkmənistan tərəfini isə 1989-cu ildən müxtəlif sahələr üzrə böyük layihələrin realizasiyası ilə məşğul olan Garagum şirkəti ilə birgə fəaliyyət göstərən Turkmentolek şirkətinin təmsil etməsi nəzərdə tutulur.

Türkmənistanda layihənin bulud texnologiyalarından istifadə etməklə vahid e-hökumət bazasında, Türkmənistanın bütün nazirlik və dövlət strukturlarının qoşulması ilə realizə edilməsi planlaşdırılır.

Seçmə Proqram Təminatı

Partnyorlarımız