Azenru

Azərbaycanın xəritəsi əsasında taksidə gediş haqqını hesablamaq mümkün olacaq

GoMap (gomap.az) xəritəsinə “Bakı Taksi” avtomobillərində gediş haqqının hesablanması xidməti əlavə edilib.

GoMap.az layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə SİNAM şirkəti tərəfindən icra edilir.

Marşrutun hamarlanması və bir nöqtədən digər nöqtəyə taksi ilə gediş haqqının hesablanması xidməti xəritənin “Marşrutlar” bölməsində yerləşir.

GoMap elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Xəritəyə marşrutun hamarlanması funksiyası əlavə edilmişdir. Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoları və təsvirləri də daxildir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız