Azenru

SİNAM şirkətinin işləri Əfqanıstanda tətbiq olunacaq

Azərbaycanın İT şirkəti SİNAM Əfqanıstanın səlahiyyətli orqanına Kabul şəhərinin ünvan sisteminin yaradılması layihəsi ilə əlaqədar texniki məsləhətlərini təqdim edib.

Şirkət tərəfindən hazırlanmış texniki məsləhətlər Kabul şəhərinin meriyası tərəfindən bəyənilib və yuxarı instansiyalara təqdim edilib.

Məsləhətlər ən yaxşı dünya standartlarına uyğun olaraq Kabul şəhərinin bina və küçələrinin düzgün adressasiyası sisteminin hazırlanması ilə əlaqədardır.

Daha əvvəl SİNAM şirkətindən də bildirildiyi kimi, Kabul şəhərinin bina və yaşayış massivlərinin adressasiyası problemi ciddi məsələ hesab olunur. Şirkət tərəfindən qeyd edilib ki, gələcəkdə bu ölkənin vətəndaşlarının istifadə edə biləcəyi ünvan reyestrinin və GoMap elektron xəritəsinə (SİNAM şirkəti tərəfindən yaradılmış) oxşar xidmətin yaradılmasından söhbət gedə bilər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız