Azenru

SİNAM şirkəti Qırğızıstanda böyük bir layihə həyata keçirməyə hazırlaşır

Azərbaycanın İT şirkəti SİNAM Qırğızıstanın Mərkəzi Bankında sənəd dövriyyəsinin avtomatlaşdırılması ilə əlaqədar tenderdə iştirak etməyə hazırlaşır.

Şirkət əvvəlcə Azərbaycanın Mərkəzi Bankında tətbiq edilmiş həlli təklif edəcək. SİNAM şirkəti tərəfindən realizə edilmiş layihə bir neçə mərhələdən ibarətdir.

Şirkət tərəfindən elektron statistik baza və analitik hesabatlılıq sistemi tətbiq edilib. Müxtəlif qrafik formaların yaradılması imkanı, eləcə də əvvəl bankda istifadə edilmiş FinA sistemi və elektron poçtun arxivasiyası sistemi ilə inteqrasiya daxil olmaqla hesabatların generasiyası sistemi yaradılıb. Bu, disk sahəsindən optimal şəkildə istifadə etməyə və arxiv verilənlərini idarə etməyə imkan verir.

Bundan əlavə, layihə çərçivəsində bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilib. Bu həll bank daxilində sənəd dövriyyəsindən keçən sənədlərin avtomatik şəkildə yenilənməsinə, eləcə də idarəetmə üçün zəruri olan bütün məlumatların daxil və analiz edilməsinə imkan verir. Azərbaycan Mərkəzi Bankında eyni zamanda layihələrin idarə edilməsi sistemi və daxil olmuş sənədlərin skanlanması və tanınması imkanına malik elektron sənəd dövriyyəsi sistemi tətbiq edilib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız