Azenru

Asiyanın İT şirkətləri KÜR zavodu ilə birgə istehsal imkanlarını öyrənir

Tayvanın Acer şirkəti KÜR zavodunun portativ və planşet kompüterlərin istehsalı sahəsindəki imkanları ilə tanış olub.

Mingəçevirdə yerləşən zavodun infrastrukturu Acer şirkəti ilə müzakirə edilən bu cür təklifi nəzərə almağa imkan verir.

Bununla yanaşı, Cənubi Koreyanın LG şirkəti ilə işıq-diod işıqlandırma mənbələrinin (LED) istehsalı ilə əlaqədar danışıqlar da aparılır. LG şirkətinin müvafiq şöbəsi də KÜR zavodunun istehsal imkanları ilə yerində tanış olmuşdur.

Əsas məsələ layihəyə xarici kapitalın cəlb edilməsindən və hazır məhsulun xarici bazarlara çıxarılmasından ibarətdir. Azərbaycan tərəfinin LG şirkəti ilə danışıqlarının predmeti layihə üçün biznes-strukturun yaradılması, eləcə də investisiyaların bölüşdürülməsi və hazır məhsulun satış perspektividir.

İşıq-diod işıqlandırma mənbələri adi közərmə lampalarından fərqli olaraq, sərf edilən elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan verən ekoloji təmiz vasitə hesab olunur.

KÜR zavodu Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” istehsal birliyi ilə SİNAM şirkətinin birgə müəssisəsidir. Zavod 2005-ci ildə yaradılıb və Cənubi Qafqaz regionunda kompüter texnikası və elektrotexnikanın konveyer sistemi ilə istehsalı ilə məşğul olan yeganə istehsal müəssisəsidir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız