Azenru

Azərbaycanın sistem inteqratoru SINAM Qırğızıstandakı İT həllərini genişləndirir

SINAM şirkəti Qırğızıstanın xəzinədarlıq sisteminin modernizasiyası layihəsi üzrə təkliflərini hazırlayır. Layihə çərçivəsində dövlətin maliyyə vəsaitlərinin idarə edilməsi sahəsində islahatların həyata keçirilməsi və Qırğızıstanın dövlət büdcəsinin realizasiyasının effektivliyinin artırılması nəzərdə tutulur.

Daha əvvəl Dünya Bankının şərtləri çərçivəsində xəzinədarlıq sistemi üçün proqram təminatının işlənib hazırlanması üçün beynəlxalq tender keçirilmiş, tenderin nəticələri əsasında Kanada şirkəti “Free Balance”-ın da daxil olduğu konsorsiumla müqavilə imzalanmışdı. “Free Balance” ilə imzalanmış müqavilə ləğv edilib və hazırda layihə üçün yeni podratçılar axtarılır. Estoniya və Türkiyədən olan podratçılar da layihənin realizasiyasında iştirak etməkdə maraqlıdır.

SINAM şirkətinin həlləri 2014-cü il avqustun ortalarında Qırğızıstanın Maliyyə Nazirliyinə göstərilib. Hazırda Azərbaycanın maliyyə sistemində tətbiq olunan “Büdcə təşkilatları üçün maliyyə və mühasibat hesabatlılığı” (FARABI) sistemi də Qırğızıstanda nümayiş etdirilib. Eyni zamanda Qırğızıstanın vergi xidmətinin modernizasiyası layihəsi və Azərbaycanın xəzinədarlıq sistemində tətbiq olunan informasiya sistemləri haqqında məlumat da təqdim olunub.

Qırğızıstanın xəzinədarlıq sisteminin modernizasiyası layihəsinin əsas məqsədi dövlətin maliyyə vəsaitlərinin idarə edilməsinin, mühasibat uçotu və əməliyyatların effektivliyinin artırılması, xəzinədarlıq orqanlarında və kassa xidməti hissəsində istehsalat proseslərinin dəstəklənməsindən ibarətdir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız