14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi
2-4 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) sərgisi keçirilib. “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən və planetimizin müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır.
“AITF-2015” sərgisində dünyanın 42 ölkədən 370-dən çox şirkət 80 turizm istiqaməti üzrə öz eksklüziv təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa proseduraları mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
Sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edir və onların arasında Türkiyə, İran, və Gürcüstan, Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Maldiv, Mərakeş, BƏƏ, Sloveniya və Tailand var. Bu il “Tibbi turizm” və “Xaricdə daşınmaz əmlak” istiqamətlərini təqdim edən iştirakçıların da sayı xeyli artmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və SİNAM şirkətinin birgə layihəsi olan GoMap.az Onlayn Naviqatorunun yeni funksiyaları sərgi iştirakçılarına təqdim olunub.
Həmçinin, sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (ITTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.