Azenru

Bakıda II Beynəlxalq Təhsil Sərgisi keçirilib

28-29 mart tarixlərində Edufairs  və “Empati Group” Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda II Beynəlxalq Təhsil Sərgisi keçirilib. “Fairmont” otelində keçirilən sərgi vasitəsi ilə xaricdə təhsil almağa marağı olan orta məktəb şagirdləri, universitet tələbələri, bakalavr pilləsini başa vurub magistr təhsili ilə maraqlanan gənclər və xaricdə doktorantura təhsili almaq istəyən namizədlər müxtəlif ölkələrdəki universitetlərin, sertifikat proqramlarının rəhbərləri, dil kursları və yay məktəblərinin təmsilçiləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.

Sərgidən sonra püşk atma yolu ilə seçilmiş 1 iştirakçıya Maltada 2 həftə hər şey daxil İngilis dili kursu paketi, 3 iştirakçıya da “Empati Group” Təhsil Mərkəzinin peşəkar İngilis dili müəllimlərinin tədris edəcəyi 3 aylıq ödənişsiz İngilis dili paketi hədiyyə olunub. Bundan başqa sərgidə iştirak edənlərə müxtəlif hədiyyələr də təqdim olunub.

Sərgidə iştirak edən SİNAM şirkəti özünün təhsillə bağlı həllərini və GoMap coğrafi informasiya sisteminin yeni imkanlarını nümayiş etdirib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız