Azərbaycanın İT şirkəti SINAM Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün Kabil şəhərinin ünvan sisteminin yaradılması ilə əlaqədar məsləhətlər hazırlayıb.
Texniki məsləhətlər Əfqanıstanın səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənib və hazırda ünvan sisteminin yaradılması üzrə tenderin elan edilməsi planlaşdırılır. SINAM şirkəti bu tenderdə iştirak etməyi nəzərdə tutur.
SINAM şirkətinin əvvəlcədən də bildirdiyi kimi, Əfqanıstanın paytaxtındakı bina və yaşayış massivlərinin adresasiya problemi kifayət qədər ciddidir.
SINAM şirkəti Kabil şəhərindəki küçə və binalar üçün dünya standartlarına uyğun gələn düzgün adresasiya sisteminin yaradılmasını məsləhət görür. Gələcəkdə GoMap elektron xəritəsinə analoji xidmətin (SINAM tərəfindən yaradılmış) və ünvan reyestrinin yaradılması da şirkət tərəfindən istisna edilmir.