Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan SİNAM “Startup Azərbaycan” layihəsi çərçivəsində sərmayədar kimi çıxış etmək niyyətindədir.
Şirkətin rəhbəri Elçin Əliyev bildirib ki, gələn il SİNAM şirkətinin yaratdığı Gomap naviqasiya sisteminin inkişafı layihəsi çərçivəsində portalın üzərində yeni əlavə proqramların yaradılması nəzərdə tutulur.
“Bizim bu planların reallaşdırılması üçün bacarıqlı startup-çılara ehtiyacımız var və biz artıq layihənin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparırıq. Naviqasiya sistemləri ilə bağlı və digər maraqlı startup layihələrini maliyyələşdirməyə hazırıq. Bununla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə naviqasiya sistemini yaratmaq niyyətindəyik və bu istiqamətdə müəyyən işlərə başlamışıq”, – deyə o bildirib.