Azenru

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının əhatə dairəsinin genişləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Azercell Telecom” MMC ölkədə ilk mobil rabitə operatoru olaraq portala inteqrasiya olunmuşdur.

Hazırda istifadəçilər “Azercell Telecom” MMC-nin təqdim etdiyi mobil telefon xidmətləri üzrə ödənişləri bankların və poçt şöbələrinin portala inteqrasiya olunmuş 1500-ə yaxın ödəniş məntəqəsində nağd formada, habelə qeydiyyatdan keçməklə və ya qeydiyyatsız formada portalın internet resurslarından (www.gpp.az) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada apara bilərlər.

Xatırladaq ki, bundan bir qədər əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stasionar telefon xidmətləri göstərən “Bakı Telefon Rabitəsi” İB, “Aztelekom” İB və Məlumat Hesablama Mərkəzi Hökumət Ödəniş Portalına inteqrasiya olunmuşdur.

Digər kütləvi xidmət müəssisələrinin və dövlət orqanlarının Hökumət Ödəniş Portalına inteqrasiya olunması üzrə fəaliyyət davam etdirilir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız