Azenru

Hökumət Ödəniş Portalına qoşulan təşkilatların sayı artır

Son dövrdə Hökumət Ödəniş Portalına (apus.az saytı) bir neçə yeni təşkilat qoşulub. Bunlar Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadi İnkişaf Nazirliyidir. Artıq vətəndaşlar bu təşkilatlara aid olan ödənişləri sərbəst – plastik kart vasitəsi ilə və ya istənilən bank və poçt idarəsində nağd ödəyə bilərlər.

www.apus.az saytında göstərildiyi kimi indi Hökumət Ödəniş Portalından aşağıdakı təşkilatların ünvanına ödənişlər etmək mümkündür və bu siyahı get-gedə genişlənir:

 

  • ARDNŞ Azəriqaz İB
  • Azərenerji ASC
  • Azəristiliktəchizat ASC
  • AzərSu ASC
  • BakıElektrikŞəbəkə ASC
  • Baş Dövlət Yol Polisi
  • Daxili İşlər Nazirliyi
  • Dövlət Gömrük Komitəsi
  • Dövlət Sosial Müdafiə Fondu
  • Fövqəladə Hallar Nazirliyi
  • İqtisadi İnkişaf Nazirliyi
  • Sumqayıt RET MMC
  • Vergilər Nazirliyi

Qeyd edək ki, müvafiq proqram təminatı hal-hazırda SİNAM şirkəti tərəfindən müşayiət olunur.

Seçmə Proqram Təminatı

Partnyorlarımız