Azenru

Sankt-Peterburqda 15-16 fevral 2018-ci il tarixlərində “Arktika və şelf layihələri: perspektivlər, innovasiyalar və regionların inkişafı” mövzusunda Beynəlxalq Arktika Sammiti (Arktika 2018 Sankt-Peterburq) keçirilmişdir.

Sammit Rusiyanın 85 ildən artıq yaşı olan, dərin ənənələrə, eyni zamanda dinamik şəkildə inkişaf edən perspektivlərə malik olan və Rusiyanın gəmiqayırma mərkəzi sayılan aparıcı universitetlərindən birində, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetində keçirilmişdir.

“Arktika 2018 Sankt-Peterburq” sammitində 300-ə qədər alim, eyni zamanda elm, hakimiyyət və biznes nümayəndələri, 100-dən artıq şirkət və təşkilat iştirak etmişdir. İştirakçıların coğrafiyası Vladivostok və Petropavlovsk-Kamçatkadan Volqa rayonuna, Rostov və Arxangelsk vilayətinə, Nenets və Xantı-Mansi muxtar vilayətlərindən Komi və Saxa Respublikalarına, Yaponiyadan Fransaya, Kanada və Danimarkadan Azərbaycana qədər çox sayda ölkəni əhatə edirdi.

Eyni zamanda “Arktika 2018 Sankt-Peterburq” sammiti çərçivəsində “Energetika və qütbarxasının (заполярье) əlaqələndirilməsi” və “Arktika regionunun Avrasiyaya iqtisadi, informasiya-kommunikasiya və mədəni inteqrasiyası” mövzularında dəyirmi masalar keçirilmişdir. SİNAM şirkətinin layihə rəhbəri Əsgər Almasovun “Energetika və qütbarxasının əlaqələndirilməsi” dəyirmi masasındakı çıxışının predmeti seysmoloji proqnozlar, seysmoloji müdafiə və Arktikanın ekstremal şəraitində qəzaların proqnozlaşdırılması sahələrindəki innovasiya xarakterli tədqiqatlar olmuşdur. Çıxışda qeyd edildiyi kimi, SİNAM şirkəti öz fəaliyyətində elm və texnika sahələrindəki qabaqcıl nailiyyətlərə əsaslanır və Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə sıx əməkdaşlıq edir, bir sıra layihələrdə isə vahid komanda şəklində iştirak edir. Bundan başqa, akademik Telman Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Arktika Elmlər Akademiyası tərəfindən birgə hazırlanmış “Ekstremal şəraitdə fəaliyyət göstərən neft-qaz obyektlərində qəzaların gizli dövrünün başlanğıcının və inkişaf dinamikasının robast noise texnologiyaları və monitorinq sistemləri” mövzusunda da çıxış olmuşdur.

http://arcticas.ru/konfer.php

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız