Uğur fəlsəfəmiz
SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən şirkətlərdəndir və 1994-cü ildən sözügedən bazarın liderlərindən biri hesab edilir. Şirkət Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təminatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes-proseslərin effektivliyinin artırılması və onların optimallaşdırılması, həmçinin dövlət idarəçiliyinin və yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəlmişdir.
SİNAM şirkətinin əsas iş prinsipləri:
- Əməkdaşlıq münasibətlərinə sadiqlik;
- Fəaliyyətin hər bir istiqamətində peşəkarlıq;
- Öz rəqabət üstünlükləri və şərait hesabına planlaşdırılmış məqsədlərə nail olmaq.
SİNAM şirkətinin uğurunun əsas tərkib hissələri:
- Şirkət dəqiq inkişaf strategiyasına görə Azərbaycanın İT-bazarının ən perspektivli seqmentlərini və regionun bazarlarını hədəf götürmüşdür;
- Yüksək texnologiyalı avadanlıqların beynəlxalq istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq;
- Azərbaycanı və region ölkələrini əhatə edən geniş və etibarlı tərəfdaş şəbəkəsi;
- Uzunmüddətli əməkdaşlığın zəmanəti kimi hər bir müştərinin ehtiyac və məqsədlərinə böyük diqqət;
- Fəaliyyət sahəsinin unikal öyrənilmə səviyyəsi, peşəkar proqramçıların və digər sahələr üzrə mütəxəssislərin 20 illik praktiki vərdişləri.