Bakı şəhərində avtomobil yollarında nəqliyyatın intellektual idarəedilməsi istiqamətində aparılan fəaliyyət çərçivəsində SINAM şirkəti Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə olaraq pilot layihəyə başlamışdır. Start verilən pilot layihəsi çərçivəsində Tbilisi prospektinin 5 yolayırıcında nəqliyyatın axınının səmərəli təşkili üçün mövcud intellektual nəqliyyat sisteminin tərkib hissəsi kimi işıqfor avadanlıqlarının və xüsusi proqram təminatının yenilənməsi nəzərdə tutulmuşdur. Tətbiq olunacaq yeni həllər nəqliyyatın intellektual idarəedilməsinin effektivliyinin artırılmasına xidmət edəcəkdir. Layihə SINAM şirkətinin xarici tərəfdaşlarının dəstəyi ilə həyata keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən pilot layihə SINAM və BNA tərəfindən nəzərdə tutulmuş çoxsaylı fəaliyyətlərin tərkib hissəsidir.