Azenru

2-5 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel” 2014) sərgisi və konfransı keçirildi. Keçirildiyi illər ərzində sərgi Xəzər regionunun aparıcı İKT forumuna çevrilib və hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir.

Bu il sərgidə telekommunikasiya və şəbəkələr, habelə genişzolaqlı, simsiz və peyk rabitəsi və texnologiyaları, proqram təminatı və avtomatlaşdırılmış sistemlər, İT və ofis texnologiyaları nümayiş etdirilib. Yubiley “Bakutel” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edib və onların arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribütorları yer alıb. Böyük Britaniya, İsrail, Kanada, Türkiyə, Xorvatiya, Estoniya və bir sıra digər ölkələr sərgidə təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region üçün yeni olan innovasiyalı proqramların nümayişi ilə yanaşı, İKT sahəsi üzrə proqram, məhsul və xidmətlərin təqdimatlarını da həyata keçiriblər.

SİNAM şirkəti də İKT və e-Hökumət sahəsində əldə etdiyi nailiyyətləri sərgidə nümayiş etdirib. Sərginin açılışında iştirak edən Azərbaycan Respublikasının prezidentinə şirkətin nailiyyətləri haqqında məlumat verilib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız